Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ
Bu həftə dünya birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərinin gələcək trendinə təsir edə biləcək hadisələr diqqət mərkəzində olacaqdır.
EUR
Beynəlxalq valyuta birjalarında EUR/USD məzənnəsi 1.14$-ın altında ticarət edilməkdədir və bu səviyyənin altında qaldıqca, 1.13$-a kimi da ucuzlaşa biləcəyi proqnozlaşdırılır.
Bununla yanaşı, cümə axşamı Bakı vaxtı ilə saat 23:00 açıqlanacaq Amerika Mərkəzi Bankının faiz qərarı ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.
GBP
GBP/USD məzənnəsi 1.29$ ətrafında ticarət edilməkdədir. Burada da qiymətin 1.28$-a kimi ucuzlaşa biləcəyi proqnozları güclü olaraq qalır.
Funtun gələcək qiymətinə İngiltərənin Avropa Birliyindən ayrılması danışıqları fonunda gözləntilərin təsir etməsi ilə yanaşı, cümə günü saat 13:30-da yayımlanacaq İngiltərənin üçüncü rüb üzrə iqtisadi inkişaf göstəriciləri də önəmli rol oynayacaqdır.
TRY
Türkiyə maliyyə bazarlarında isə USD/TRY məzənnəsi keçən həftə ərzində 5.41TL-yə kimi ucuzlaşdıqdan sonra 5.44TL-yə kimi bahalaşmağa başlayıb. 5.49TL də yuxarı istiqamətdə qırılarsa, artım dalğası 5.65TL-yə kimi də sürətlənə bilər.
OIL
Avropanın Brent markalı neftinin bir barel qiyməti 73$-ın altında ticarət edilməkdədir və bu səviyyənin altında qaldıqca, 70$-a kimi də ucuzlaşa bilər. Bu həftənin çərşənbə günü saat 19:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.
GOLD
Əlvan metallar bazarlarında qızılın qiyməti keçən həftə ərzində 1212$-a (39.0 $/qram) kimi ucuzlaşsa da yenidən əvvəlki səviyyələrinə qayıdıb. Yeni həftənin ilk sessiyasında 1232$-a (39.6 $/qram) təklif edilən qiymət 1229$-ı (39.5 $/qram) da aşağı istiqamətdə qırarsa, 1218$-a (39.2 $/qram) kimi ucuzlaşa bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
4 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
9 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 21 d. əvvəl
- 23 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq

























