"AccessBank"ın gəlirləri 62% artıb
"AccessBank" 2018-ci ilin üçüncü rübünə dair maliyyə nəticələrini açıqlayıb.
Bankdan “marja”ya daxil olmuş məlumata görə. ilin ilk yarısı ilə müqayəsədə üçüncü rübdə bankın aktivləri 1,04% artaraq 836 milyon 456 min manata çatıb. Hesabat dövründə bankın kredit portfeli 2,93% artaraq 518 milyon 478 min manat təşkil edib.
Oktyabr ayının 1-nə bankın depozit portfeli 3,1% artaraq 464 milyon 25 min manat olub. Ümumilikdə bankın öhdəlikləri 780 milyon 455 min manata çatıb ki, bu da 1,25% artımdan xəbər verir.
Bankın ani likvidlik əmsalı 95,08% təşkil edir ki, bu da normadan (30%) 3,16 dəfə çoxdur. Başqa sözlə, bankda kifayət qədər likvid vəsait mövcuddur.
Hesabat dövründə bankın faiz gəliri kəskin artım nümayiş etdirib. Belə ki, bu göstərici 50,57% artaraq 65 milyon 331 min manat təşkil edib. Bununla yanaşı, xalis faiz mənfəəti 54,85% artaraq 25 milyon 972 min manata çatıb.
Maliyyə göstəricilərini şərh edən "AccessBank"ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib: "Sevindirici haldır ki, bankın əksər maliyyə göstəriciləri artım nümayiş etdirməkdədir. Bilirsiniz ki, depozit portfelimizdəki artım bir növ ənənə halını alıb və biz əmanətini bizə etibarən edən hər bir müştərimizə təşəkkür edirik. Mən kredit portfelindəki artıma da xüsusilə toxunmaq istərdim. İqtisadiyyatdakı canlanma maliyyə sektoruna və xüsusilə onun onurğa sütununu təşkil edən bankların fəaliyyətinə də müsbət təsirini göstərir. Biz əhalinin və biznesin kreditə olan tələbatının artmasını müşahidə edirik və inanıram ki, bu artım davamlı olacaq. Qeyd edim ki, "AccessBank"ın nizamnamə kapitalının artırılması prosesi son mərhələdədir. Bu amillər bizə qədəm qoyduğumuz yeni dövrdə daha da möhkəmlənməyə imkan verəcək".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 4 d. əvvəl
-
-
38 d. əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
39 d. əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 47 d. əvvəl
-
1 saat əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
2 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Dövlət bankının kredit portfelində azalma
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir

























