Əmanətlərin dollarlaşma səviyyəsi azalıb
Əmanətlərin dollarlaşma səviyyəsi ötən ay 0,45 faiz bəndi aşağı düşüb.
“Marja” Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, dollarlaşma səviyyəsi 63%-dən 62,55%-ə geriləyib.
Belə ki, 2018-ci ilin Avqust ayının sonunda fiziki şəxslərin cəmi 8 milyard 20.8 milyon manat əmanətinin 5 milyard 53.9 milyon manatı və ya 63%-i xarici valyutada idi. Sentyabrın sonunda 8 milyard 199.1 milyon manat cəmi əmanətin 5 milyard 128.9 milyon manatı və ya 62,55%-i xarici valyutada olub.
Sentyabrın sonunda əmanətlərin 3 milyard 70.2 milyon manatı və ya 37,4%-i milli valyutada olub.
Dollarlaşma səviyyəsinin Sentyabrda aşağı düşməsi milli valyutada olan əmanıətlərin daha çox artmasıdır. 2018-ci ilin Sentyabr ayında banklarda fiziki şəxslərin (əsasən əhalinin) əmanətləri 178,3 milyon manat artararq ayın sonunda 8 milyard 199.1 milyon manata yüksəlib. Sentyabrda milli valyutadakı əmanətlər 103,4 milyon manat, xarici valyutadakı əmanətlər isə 75 milyon manat artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 32 d. əvvəl
-
-
58 d. əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
1 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI


























