2 bank, sektorun xalis mənfəətini kəskin azaldıb
Azərbaycanın bank sektoru 2018-ci ilin 9 ayını 171,8 milyon manat xalis mənfəət ilə başa vurub.
“Marja” Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq hesabatına istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr dövründə bankların cəmi gəlirləri 1 milyard 681,6 milyon manat (o cümlədən faiz gəlirləri 1 milyard 222,3 milyon manat, qeyri-faiz gəlirləri 393,3 milyon manat), cəmi xərcləri isə 1 milyard 172,5 milyon manat (o cümlədən faiz xərcləri 441,1 milyon manat, qeyri-faiz cərcləri 731,4 milyon manat) təşkil edib. Xərclərin gəlirlərdən çıxılması ilə qalan 509,1 milyon manat əməliyyat mənfəətinin 313,7 milyon manatı ehtiyatlara ayrılıb. Həmçinin banklar 1,2 milyon manat digər gəlirlər əldə edib. Vergilər ödənilənədək 196,6 milyon manat mənfəətdən 24,8 milyon manat mənfəət vergisi ödənilib və nəticədə sektorun 171,8 milyon manat xalis mənfəəti qalıb.
2017-ci ilin 9 ayında bank sektorunun cəmi gəlirləri 2 milyard 217 milyon manat, əməliyyat mənfəəti 820.8 milyon manat, xalis mənfəəti isə 502.4 milyon manat təşkil etmişdi.
Müqayisə olunan dövrdə bank sektorunun faiz gəlirləri 1 milyard 437.3 milyon manatdan 1 milyard 222,3 milyon manata, qeyri-faiz gəlirləri isə 779.7 milyon manatdan 393,3 milyon manata düşüb.
Bank sektorunun xalis mənfəətinin bu ilin 9 ayında ötən ilin 9 ayı ilə müqayisədə təxminən 3 dəfə aşağı olması zərərdə olan banklar, əsasən də 2 bankın böyük zərər açıqlaması ilə bağlıdır. Qeyd edək ki, cari ilin 9 ayını “VTB Bank Azərbaycan” 250 milyon 371 min manat, “Nikoil Bank” 79 milyon 901 min manat xalis zərər ilə başa vurub. Həmçinin "AG Bank" da 6 milyon 122 min manat xalis zərər açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 32 d. əvvəl
-
-
58 d. əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
1 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
























