Kapital Bank mesencer-bot təqdim etdi - Ünsiyyət qur, suallarını ver
Kapital Bank müasir texnologiyaların inkişafına və müştəri məmnuniyyətinin artırılmasına diqqət ayıraraq, növbəti yeniliyi təqdim edib.
Belə ki, Facebook istifadəçiləri Kapital Bank-ın yeni “Aican” mesencer-botu ilə ünsiyyət qurub, ona BirKart məhsulu ilə bağlı suallarını verə bilərlər.
Mesencer-bot 24 saat ərzində müştərilərin suallarını cavablandırmaqla yanaşı, BirKart məhsulu barədə ətraflı məlumat verir, müştərilərin verdikləri cavablar əsasında onları yönləndirir, sifarişləri onlayn qaydada avtomatik həyata keçirir, həmçinin müştəriyə yaxın filial və ya bankomatın ünvanını göstərir.
Demo versiyada olan mesencer-bot hələlik yalnız BirKart-ın rəsmi Facebook səhifəsinə qoşulub. Yaxın gələcəkdə həmçinin Facebook istifadəçiləri Kapital Bank-ın rəsmi səhifəsində də botun “xidmətlər”indən istifadə edə biləcəklər.
Qeyd edək ki, son illər Kapital Bank müştəri xidməti keyfiyyətinin artırılması istiqamətində bir sıra layihələr həyata keçirib: filial şəbəkəsinin və biznes proseslərin transformasiyası, ölkə üzrə hər yerdə filialların, bankomatların və ödəniş terminallarının mövcudluğu, 24 saat fəaliyyət göstərən 196 Sorğu Mərkəzi, müştərilərin filiala gəlmədən bir sıra bank əməliyyatlarını edə biləcək BirBank tətbiqi, QR Pay ödəniş sistemi, sayt və ya tətbiq üzərindən zəng, kredit sifarişi, onlayn növbə xidməti və s.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 32 d. əvvəl
-
-
58 d. əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
1 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI



























