Rus rublu üzrə komissiya ləğv edildi - VTB Azərbaycan tarifləri endirdi
Bank VTB (Azərbaycan) internet və mobil bank vasitəsilə aparılan bir sıra əməliyyatlar üçün tarifləri aşağı salıb.
Bankdan “Marja”ya daxil olmuş məlumata görə, dollar, avro, İsveçrə frank və funt sterlinq valyutalarının mübadiləsi üzrə komissiya haqqı 0,8%-dən 0,2%-dək endirilib, rus rublu üçün isə tamamilə ləğv edilib.
Bundan başqa onlayn kanallar vasitəsilə digər bankdakı hesaba rus rublunda olan vəsaitin köçürülməsi üzrə komissiya 0,15%-ə düşüb.
“Müştərilərimiz arasında onlayn ödənişlər getdikcə populyarlaşır. Bank VTB (Azərbaycan) tərəfindən təklif olunan etibarlı və rahat məsafəli xidmət kanalları istifadəçilərə tez və asan şəkildə bank əməliyyatlarını həyata keçirməyə imkan verir. İndi bu daha sərfəli şərtlərlə mümkündür. Biz gələcəkdə də mobil və internet bankımızın imkanlarını genişləndirmək niyyətindəyik” – deyə, bank VTB (Azərbaycan)-ın pərakəndə biznesin inkişafı departamentinin direktoru Dmitri Qalaşev bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
5 d. əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
-
15 d. əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 18 d. əvvəl
- 20 d. əvvəl
-
34 d. əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
-
36 d. əvvəl
Daha sərfəli Nağd Kredit - AccessBank 7% endirim kampaniyasını davam etdirir
-
54 d. əvvəl
“AFB Bank”ın maliyyə vəziyyəti necədir? - BANKIN SON DURUMU MƏLUM OLDU
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda 129,1 milyard manatlıq istehsal - ÖTƏN İL 1,4 FAİZ ARTIB
-
2 saat əvvəl
“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Avtomagistral” anlayışı dəyişir
Ən çox oxunanlar
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
























