Neftin kəskin ucuzlaşmasının səbəbi məlum oldu
Dünən neft qiymətləri 4%-dən çox aşağı düşdü.
"Marja" xəbər verir ki, neft qiymətlərinin düşməsinə, Səudiyyə Ərəbistanının bazarda kəsr olması vəziyyətində onu bağlayacağına dair açıqlaması səbəb olub. Həmçinin qlobal investorlar riskli aktivlərdən uzaq durmağa başlayıblar.
Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əl-Falih, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və tərəfdaşlarının "mümkün olduğu qədər istehsal etmə rejimində" olduğunu bildirib.
Qeyd edək ki, noyabrdan ABŞ-ın İrana yeni sanksiyalar tətbiq edəcəyi və bunun İranın ixracının kəskin azalacağına səbəb olacağı gözlənilir. İranın ixracı azalacağından neft qiymətlərinin yüksələcəyi ehtimal edilir. İndi Səudiyyə Ərəbistanı bəyan edir ki, OPEC yarana biləcək kəsiri bağlamağa hazırdır.
Həmçinin Amerika Neft İnstitutunun (API) məlumatlarına görə, ABŞ-da xam neft ehtiyatları artıb və bu vəziyyət həddindən artıq təklifə dair narahatlıqları gücləndirib.
Bakı vaxtı ilə saat 11:00-da Brent nefti 76,49, ABŞ xam nefti isə 66,33 dollardan alıcı tapıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
10 d. əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
-
- 13 d. əvvəl
- 18 d. əvvəl
- 23 d. əvvəl
- 31 d. əvvəl
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
2 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Çinin ixracı yavaşlayıb
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib















.jpg)





