"Əvvəlcə barmaqları qoparılıb, ardından başı kəsilib"
Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu işdən çıxarılıb, jurnalistin ölümü ilə bağlı yeni təfərrüatlar məlum olub
Səudiyyə Ərəbistanının Türkiyənin İstanbul şəhərindəki baş konsulu Məhəmməd Uteybi vəzifəsindən azad olunub.
"Reuters" xəbər verir ki, bunu “Arab Sabq” qəzeti yazıb.
Məlumata görə, baş konsulla bağlı istintaq araşdırmalarına başlanılıb.
Bundan başqa, Səudiyyə Ərəbistanının 11 dövlət məmuru jurnalist Camal Qaşıqçının itkin düşməsi ilə bağlı Türkiyəyə gəlib.
Bu arada C.Qaşıqçının itkin düşməsi və Səudiyyə Ərəbistanının Türkiyənin İstanbul şəhərindəki Baş Konsulluğunda öldürülməsi barədə yeni təfərrütlar məlum olub. Məlumata görə, baş konsul Məhəmməd Uteybi jurnalist C.Qaşıqçının konsulluğun binasından kənarda öldürülməsini istəyib. Bu, krallığın İstanbuldakı Baş konsulluğunda jurnalist Camal Qaşqıçının qətlə yetirilməsi zamanı qeydə alınan səs yazsında aşkar edilib.
Bildirilib ki, konsulluğa sənəd almaq üçün gedən C.Qaşıqçı konsulluqda sorğu-sual zamanı işgəncə verilərkən, əvvəlcə barmaqları qoparılıb, ardından isə başı kəsilərək, öldürülüb. Səs qeydinə görə, işgəncə verilərkən, baş konsul Məhəmməd Uteybi buna etiraz edərək deyib: “Bunu konsulluqdan kənarda edin. Mənim başıma iş açacaqsız”. Başqa bir səs qeydində isə kimsə baş konsulu hədələyir: “Səudiyyə Ərəbistanına gələndə yaşamaq istəyirsənsə sus”.
“Al-Jazeer” telekanal isə hadisə ilə bağlı yaydığı məlumatda bildirib ki, C.Qaşıqçı Baş konsulun otağında öldürülüb və cəsədi 7 dəqiqədə parça-parça edilib. Meyidin parçalanmasını Səudiyyə Ərəbistanının antom-mütəxəssisi Salah Mohammed al-Tubaigy həyata keçirib. O, bu işi icra edərkən, yanındakı səudilərə musiqi dinləməyi tövsiyyə edib.
Məlumatlara görə, Salah Mohammed al-Tubaigy vəliəhd şahzadə Məhəmməd ibn Salmanı ABŞ-a səfəri zamanı müşaiyət edib.
Xatırladaq ki, oktyabrın 17-də ABŞ-ın dövlət katibi Maykl Pompeo Ankarada keçirdiyi rəsmi görüşdə C.Qaşıqçı hadisəsinin araşdırılmasında Türkiyəyə yardım edəcəklərini bildirib.
Qeyd edək ki, oktyabrın 2-də Camal Qaşıqçı krallığın İstanbuldakı konsuluğunun binasına daxil olduqdan sonra itkin düşüb.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Report
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 8 d. əvvəl
- 10 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq




















