Türkiyədə 2015-dən bəri bir ilk baş verdi, Lirə bahalaşdı

Türkiyənin tədiyyə balansında 3 il sonra ilk dəfə profisit qeydə alınıb
Türkiyə Respublikasının Mərkəzi Bankı (TCMB) Avqust ayı tədiyyə balansı göstəricilərini açıqlayıb.
"Marja" xəbər verir ki, tədiyyə balansında avqust ayında 2 milyard 592 milyon dollar profisit yaranıb. 12 aylıq kəsir isə 51 milyard 125 milyon dollar olub.
2015-DƏN BƏRİ İLK
2015-ci ilin Sentyabr ayından bu yana tədiyyə balansında ilk dəfə profisit qeydə alınıb. Profisitin yaranmasına, xarici ticarət kəsirinin bir əvvəlki ilin eyni ayı ilə müqayisədə 3 milyard 65 milyon dollar azalaraq 1 milyard 284 milyon dollara düşməsi və xidmətlər balansında gəlirlərin 741 milyon dollar artaraq 4 milyard 627 milyon dollara yüksəlməsi səbəb olub.
Proqnoz 2.5 milyard dollar profisit idi.
Məlumatın açıqlanmasından sonra Lirə bahalaşıb. Bakı vaxtı ilə saat 13:00-da Dollar/TL məzənnəsi 5,9805 səviyyəsinə düşüb. Lirə Dollar qarşısında 1,6% bahalaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
-
45 d. əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
-
- 48 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
- 11 saat əvvəl
-
13 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 13 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

Azərbaycan neftinin son qiyməti

Rəsmi məzənnələr açıqlandı

Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
Ən çox oxunanlar

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
