Silikon Vadisindən mütəxəssislərin iştirakı ilə Bakıda forum keçiriləcək
Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qrupları və “Youth Inc.” Gənclərin Sahibkarlıq Proqramının birgə təşkilatçılığı ilə fevralın 17-də Bakıda ilk dəfə “Start and Up” mövzusunda forum keçiriləcəkdir.
Tədbirdə Dünyanın texnologiya mərkəzi kimi tanınan Silikon Vadisindən mütəxəssislər Brock Hinzman və Eileen McGinnis “Texnoloji Startaplar” mövzusunda öz təcrübələri ilə bölüşəcəklər.
“Start and Up” Forumunda “Biznesinə Sıfırdan Başla” mövzusunda panel müzakirələri aparılacaq, fikirlər dinləniləcək və gənc sahibkarların sualları cavablandırılacaqdır. Panelin məqsədi orta və kiçik sahibkarlığın biznesə sıfırdan başlaması istiqamətlərini müəyyən etməkdir.
Forumda qonaqlar mövzu üzrə gənclərin startap təqdimatlarını izləyə biləcəklər. Təqdimatların keçirilməsində məqsəd, gənc sahibkarları xarici investorlarla əlaqələndirmək və Azərbaycanda bu sahənin inkişafı üçün yeni imkanlar yaratmaqdır. SABAH qruplarının “TechSOS” komandası da təqdimatla çıxış edəcəkdir. “TechSOS” komandası “Microsoft Imagine Cup 2016” müsabiqəsinin milli finalının və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi qrant müsabiqəsinin qalibidir. Komanda həmçinin “TechSOS” layihəsi ilə ölkəmizdə İT sahəsində çalışan ən qabaqcıl qadınlara təqdim olunan “AWITA 2017” – “The Women in IT Award” mükafatlarının “İLİN STARTAPI” nominasiyasına layiq görülüb.
Forumun tərəfdaşları Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Futuroloqlar Cəmiyyətidir.
2006-cı ildə fəaliyyətə başlamış Azərbaycan Futuroloqlar Cəmiyyəti Azərbaycanda ilk bu tipli tədqiqat mərkəzi olaraq, öz qarşısında müasir meylləri öyrənmək və gələcək istiqamətləri müəyyən etmək məqsədini qoyur. AFC beynəlxalq futuroloziya modellərindən istifadə edərək, Azərbaycanda və bütün Qafqaz regionunda inkişaf meyllərini təşkil edən peşəkar ekspertlər və analitiklər qrupundan ibarətdir.
Xatırladaq ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qrupları Ali təhsildə keyfiyyətin yüksəldilməsi, müasir tələblərə uyğun kadrların hazırlanması və təhsil sistemində yeni mühitin yaradılması məqsədilə formalaşmış qruplardır. Hazırda SABAH qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas və 2300-dən artıq tələbəni əhatə edir.
Qeyd edək ki, ABŞ-ın Silikon Vadisi inkişafda olan tendensiyalar və qabaqcıl texnologiya sahəsində biznes-təhsil proqramları və texnoloji innovasiya mövzularında qlobal konfranslar təşkil edir. Dünyanın texnologiya mərkəzi kimi tanınan Silikon Vadisi nəhəng texnologiya korporasiyaları ilə yanaşı, yüzlərlə startap şirkətlərə də ev sahibliyi edir.
“Youth Inc.” Gənclərin Sahibkarlıq Proqramı 2013-cü ildə “Coca-Cola” şirkətinin, Gənclər və İdman Nazirliyinin və DVC təşkilatının tərəfdaşlığı ilə rəsmi fəaliyyətə başlamış və 2015-ci ildə “Youth Inc.” Biznes İnkubator Mərkəzi yaradılmışdır. "Youth Inc."in aktiv fəaliyyət göstərdiyi illər ərzində Proqram məzunları xeyli sayda biznes-layihələr həyata keçirib, bir sıra startap dəstəklənib və 7 minə yaxın gənc müxtəlif seminarlarda iştirak edib. Proqram “JEUNE” və “INBIA” təşkilatlarının üzvüdür.
“Youth Inc.” Gənclərin Sahibkarlıq Proqamı www.youthinc.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
2 saat əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
20 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 20 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
21 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
21 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
22 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 22 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
















.jpg)






