PAŞA Bank 5 yeni tarifinin şərtlərini açıqladı
PAŞA Bank kiçik və orta sahibkarlar üçün təqdim etdiyi yeni hesablaşma-kassa xidmətləri paketinin şərtlərini açıqlayıb. Tarif paketləri çərçivəsində müəyyən əməliyyatlarda komissiyaların tətbiq edilməməsi diqqəti cəlb edir.
"Marja" xəbər verir ki, paket "Klassik", "Elektron", "Biznes", "Aktiv" və "Premium" adlı tariflərdən ibarətdir.
“Klassik” tarif biznesə yeni başlamış və hesab üzrə kiçik həcmli əməliyyatlar aparan biznes sahibləri üçün nəzərdə tutulub. Tarifə 1000 manatadək pulsuz nağdlaşdırma və 3 min manatadək milli valyutada pulsuz köçürmələr daxildir. Müştəriyə korporativ və ya “Tacir Kart" hədiyyə olunur.
"Elektron" tarif ölkədaxili ödənişlərdən aktiv istifadə edən biznes sahibləri üçün nəzərdə tutulub. Bu tarifə - güzəştli tarif ilə nağdlaşdırma və 50 min manatadək yerli valyutada pulsuz köçürmələr daxildir. Müştəriyə güzəştli tariflə POS-terminal, korporativ / “Tacir Kart" hədiyyə olunur.
"Biznes" tarifi ölkədaxili nağd və nağdsız ödənişlərdən istifadə edən biznes sahibləri üçün nəzərdə tutulub. Bu tarifə 10 min manatadək pulsuz nağdlaşdırma, 30 min manatadək yerli valyutada pulsuz köçürmələr daxildir. Müştəriyə güzəştli tariflə POS-terminal, korporativ / “Tacir Kart" hədiyyə olunur.
“Aktiv” tarifi yerli və beynəlxalq köçürmələrdən aktiv istifadə edən biznes sahibləri üçün nəzərdə tutulub. Tarifə 30 min manatadək yerli valyuta ilə, 20 min dollaradək xarici valyuta ilə pulsuz köçürmələr, eyni zamanda 20 min dollaradək pulsuz valyuta mübadiləsi daxildir. Müştəriyə güzəştli tariflə POS-terminal, korporativ / “Tacir Kart" hədiyyə olunur.
“Premium” tarifi bank əməliyyatlarından böyük həcmdə istifadə edən biznes sahibləri üçün nəzərdə tutulub. Tarifə 100 min manatadək yerli valyutada , 40 min dollaradək xarici valyutada pulsuz köçürmələr və 40 min dollaradək pulsuz valyuta mübadiləsi daxildir. Müştəriyə güzəştli tariflə POS-terminal, korporativ / “Tacir Kart" hədiyyə olunur.
Ətraflı: https://www.pashabank.az/press_centre,1315/lang,az/
Xəbər verdiyimiz kimi, Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank bazara yeni hesablaşma-kassa xidmətləri paketini təqdim edir. Məhsul kiçik və orta sahibkarlar üçün nəzərdə tutulur. Tarif paketləri hesablaşma-kassa əməliyyatlarının yerli və beynəlxalq ödənişlər, nağd vəsait ilə əməliyyatlar, valyuta əməliyyatları, korporativ kartlar, akvayrinq və s. kimi əsas xidmətlərdən ibarətdir.
PAŞA Bankın Kiçik və orta sahibkarlıq üzrə bankçılıq departamentinin direktoru Aleksandr Qolovkonun sözlərinə görə hazırkı bazar şəraitində biznes həm öz xərclərinin və əməliyyatlarının optimizasiyasına, həm də maliyyə vəsaitlərinin idarə edilməsinin effektivliyinin artırılmasına diqqət yetirməlidir. Bunu nəzərə alaraq, PAŞA Bank tərəfindən hazırlanmış tarif paketləri sahibkarların gündəlik ehtiyaclarının təmin edilməsi üçün gözəl alət ola bilər.
"Yuxarıda qeyd edilmiş yanaşma kiçik və orta sahibkarların xidmətlə təmin olunmasına tətbiq edilən individual həll yoludur və hər bir biznesin tələbatı nəzərə alınaraq qarşısında duran vəzifələrdən asılı olaraq hazırlanıb. Sahibkar üçün bu alətin istifadə edilməsinin əsas üstünlükləri gündəlik bank əməliyyatlarını optimallaşdırmaq, xərcləri planlaşdırmaq və idarə etmək və əsas fokusu öz biznesinin inkişafı ilə bağlı ən önəmli olan strateji aspektlər üzərində cəmləşdirməkdən ibarətdir", - deyə A. Qolovko öz fikrini tamamlamışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 saat sonra
-
-
6 d. əvvəl
"JPMorgan Chase" 2026-cı il üzrə qızılın qiyməti proqnozunu aşağı salıb
- 17 d. əvvəl
-
30 d. əvvəl
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər
- 46 d. əvvəl
-
1 saat əvvəl
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
11 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
19 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Rəsmi məzənnələr açıqlandı
Trampın İrana xəbərdarlığından sonra neft daha da bahalaşıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 26 GÜN
Ən çox oxunanlar
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb






.jpg)















.jpg)
