“TAC”: Səs yazısı “qara kampaniya"dır!
"Əhalinin naratahçılığına səbəb olan səs yazısı saxtadır. “TAC” şirkətinin istehsalı olan “Gülüstan” limonadlarında vərəm çöpü aşkar edilməyib və satışdan yığışdırılması barədə göstəriş verilməyib".
Bunu "Marja"ya açıqlamasında “TAC” şirkətinin marketinq və kommunikasiyalar şöbəsinin rəhbəri Sürəyya Verdiyeva bildirib.
Yayılmış səs yazısında bildirilir ki, “Gülüstan” soklarında vərəm çöpləri tapılıb və əhaliyə bir müddət bu məhsulları almamaq tövsiyə olunur.
“Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “TAC” MMC-nin istehsalı olan heç bir məhsulla bağlı hal-hazırda araşdırılma aparılmır, nə də hec bir zaman vərəm çöpü tapılmayıb. Bu şirkətimizə qarşı aparılan “qara” kampaniyadır” – deyə S.Verdiyeva açıqlama verib.
Qida Təhlükəsizliyi Agentliyinin açıqlaması ilə buradan tanış ola bilərsiniz.
“TAC” əhalini keyfiyyətli içməli su və sərinləşdirici içkilər ilə təmin etmək üçün Azərbaycanda yaradılmış ilk şirkətdir. Daim yüksək keyfiyyət standartlarına sadiq qalan TAC şirkəti “Gülüstan” limonadlarının qablaşdırılmasını dünyada tanınmış qida məhsulları xətlərinin istehsalı ilə məşğul olan Almaniyanın “Krones” avadanlığı ilə həyata keçırir. Bu texniki avadanlıq bütün istehsal prosesinin idarə olunması və ona nəzarəti insan müdaxiləsi olmadan, müasir elektron avadanlıqlar vasitəsilə həyata kecirməyə imkan verir. 20 ildən artıq bazarda mövcud olmağımız, habelə beynəlxalq İSO 9001:2008 və İSO 22000:2015 sertifikatlarımız buraxdığımız məhsulların həm yüksək keyfiyyəti, həm də təhlükəsizliyinə dəlalət edir. “Gülüstan” gündəlik istifadə üçün nəzərdə tutulmuş yüksək keyfiyyətə malik məhsuldur” – deyə S.Verdiyeva izah etdi.
S.Verdiyeva vurğuladı ki, “TAC” şirkəti, hər zaman olduğu kimi, müştərilərinə açıqdır, istehsal prosesi ilə yaxından tanış olmaq istəyənlər üçün zavoda ekskursiya təşkil oluna bilər. Eyni zamanda tərkibindən əmin olmaq üçün "Gülüstan" limonadları istənilən laboratoriyada yoxlanıla bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)







.jpg)







