Banklar Assosiasiyasında geniş tərkibdə iclas - YENİ TƏYİNATLAR
21 sentyabr 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilmişdir.
Assosiasiyadan "Marja"ya daxil olmuş məlumata görə, iclasın əsas müzakirə mözvuları bankların maliyyə vasitəçiliyi imkanlarının artırılması üçün görülməsi zəruri olan tədbirlər, bu sahədə mövcud vəziyyət və qarşıdakı çağırışlarla bağlı ABA üzvlərinin rəy və təklifləri, eyni zamanda, təşkilati məsələlər olmuşdur.
İclas zamanı bankların maliyyə vasitəçiliyi imkanlarının artırılması üzrə banklar tərəfindən ABA-ya ünvanlanmış təkliflərin işlənməsi üçün müvafiq İşçi Qrup yaradılmışdır .
İclasda eyni zamanda ABA-nın yeni vitse –prezidenti seçilmişdir. Belə ki, ABA-nın vitse-prezidenti Xalid Əhədovu “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti sədri vəzifəsini icra edən Abbas İbrahimov əvəz etmişdir.
İclasda ABA-nın nəzdində yeni yaradılmış “Risklərin İdarə edilməsi üzrə Ekspert Qrupu”nun sədri təyin edilmişdir. Ekspert Qrupunun yaradılmasında məqsəd risklərin idarə edilməsi sahəsində yeni çağırışlar və qabaqcıl təcrübələrin öyrənilməsi, bu təcrübələrin yerli bank sisteminə tətbiqi imkanlarının araşdırılıması, tənzimləyici və nəzarət orqanları ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, risklərin idarə edilməsinə dair müxtəlif normativ sənədlərin işlənib hazırlanmasında peşəkar iştirak, əlaqədar qurumlara əsaslandırılmış təkliflərin hazırlanmasıdır. Ekspert Qrupuna sədr “Azərbaycan Beynəlxalq Bankı” ASC-də İdarə Heyəti sədrinin müavini Aqşin Əmirov təyin edilmişdir.
Həmçinin iclas zamanı yeni yaradılmış digər Qrupun- “Ticarətin və layihələrin maliyyələşdirilməsi üzrə Ekspert Qrupu”nun yaradılması və qrup sədri təyin olunmuşdur. Qrupun yaradılmasında məqsəd Azərbaycan Respublikasının qanunvericiliyinin akkreditiv, qarantiyaların, inkasso və sair sənədli əməliyyatların beynəlxalq qanunvericiliyin tələblərinə uyğunluğunun təhlil edilməsi,sözügedən bank məhsullarının təqdim edilməsində qarşıya çıxan və potensial problemlərin müzakirəsi, qeyd olunan sahədə beynəlxalq standartların tətbiq edilməsi imkanlarının araşdırılması və ölkədə bank fəaliyyətinin tənzimlənməsini həyata keçirən orqanlar tərəfindən normativ aktlarda dəyişikliklərin aparılması zamanı müvafiq təkliflərin verilməsi, xarici banklarla əlaqələrin qurulması və genişləndirilməsi perspektivlərinin nəzərdən keçirilməsi, ixrac kredit agentlikləri və digər xarici maliyyə institutları vasitəsilə Azərbaycanda irimiqyaslı, uzunmüddətli layihələrin maliyyələşdirilməsi sahəsində imkanların araşdırılması, yerli və xarici banklarla təcrübə mübadiləsi, bu istiqamətlərdə aparılan gündəlik əməliyyatlarda qarşıya çıxan problemlərə dair müzakirələrin aparılması və məqsədəuyğun tövsiyələrin verilməsdir.
Qeyd edək ki, Ekspert Qrupuna “Bank VTB (Azərbaycan)” ASC-nin Korporativ biznesin inkişafı departamentinin direktoru Yasin Cəlilov sədr təyin edilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
8 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
15 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
16 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
17 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI





















