Qablaşdırma üçün hərəkətə keçildi
Fevralın 14-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, ölkəmizdə qablaşdırma sahəsində fəaliyyət göstərən sahibkarların iştirakı ilə “İstehsal və emal sahələrinin inkişafında qablaşdırmanın rolu” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ölkədə qablaşdırma məhsulları istehsal edən 20-yə yaxın şirkətin məhsullarından ibarət sərgi ilə tanış olublar.
İqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, qablaşdırma sahəsində müəyyən uğurlarımız olsa da, bu sahənin genişləndirilməsi vacibdir. Qablaşdırma iqtisadiyyatın digər sahələri ilə sıx əlaqədə fəaliyyət göstərir və qablaşdırma sənayesinin məhsullarından digər sektorlarda geniş istifadə olunur.
Hazırda plastik kütlədən tara materialları üzrə özünü təminat səviyyəsi 63%, kağız və kartondan tara materialları üzrə 57%, butulka və digər şüşə taralar üzrə 33%-dir.
Azərbaycanda sənaye və kənd təsərrüfatının inkişafı, istehsal və emal sahələrinin genişlənməsi, ixrac imkanlarının artması qablaşdırma sənayesinin genişləndirilməsini zəruri edir.
Nazir Şahin Mustafayev qeyd edib ki, qablaşdırma sahəsində fəaliyyət göstərən və ya yeni fəaliyyətə başlamaq istəyən sahibkarlar Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən, həmçinin investisiya təşviqi və digər dəstək mexanizmlərindən yararlana bilərlər.
Bu günkü tədbirin əsas məqsədi də qablaşdırma sahəsinin inkişafına dəstək vermək, yerli məhsulların tanıdılması və qablaşdırma sahəsində fəaliyyət göstərən sahibkarlarla istehsalçıların əlaqələrinin genişləndirilməsidir. Tədbir çərçivəsində təşkil edilən sərgidə nümayiş olunan müasir qablaşdırma məhsulları sahibkarlar arasında əməkdaşlığı gücləndirməklə yanaşı, istehsal olunmuş məhsulların ixrac imkanlarının genişlənməsinə öz töhfəsini verəcəkdir.
Tədbirdə qablaşdırma sahəsində fəaliyyət göstərən müəssisələrin rəhbərləri tərəfindən təqdimatlar keçirilib. Sahibkarlar istehsal etdikləri qablaşdırma məhsulları barədə məlumat verib, müasir qablaşdırma istehsalının genişləndirilməsi tədbirlərinin davam etdiriləcəyini, yerli istehsalçıların tələbatına uyğun sifarişlərin həyata keçiriləcəyini və bu istiqamətdə sahibkarlar arasında əməkdaşlığın gücləndiriləcəyini bildiriblər, bu sahənin inkişafı ilə bağlı təkliflərini səsləndiriblər.
Şərab İstehsalçıları və İxracatçıları, Tikinti Materialları İstehsalçıları və Arıçılar assosiasiyalarının rəhbərləri isə çıxışlarında ölkədə istehsal olunan məhsulların bazara çıxarılmasında, tanıdılmasında və ixracında keyfiyyət ilə yanaşı, müasir qablaşdırmanın önəmini vurğulayıblar.
Sonda müasir qablaşdırmanın təşkili və bu sahədə tələbatın ödənilməsinə dair sahibkarlarla müzakirələr aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 11 saat sonra
-
- 7 saat sonra
-
9 saat əvvəl
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
"Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək"
-
10 saat əvvəl
“Kristal”dan şəhər həyatında fərq yaradan “Geniş və funksional həyət” konsepti!
-
10 saat əvvəl
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
BOKT illik 18 faizlə 1 milyon manat cəlb edir
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
Ən çox oxunanlar
"Özbəkistan Azərbaycana 21,8 milyon dollar, Azərbaycan Özbəkistana isə 183,5 milyon dollar sərmayə qoyub"
"Prime Cotton" sənaye avadanlıqlarının satışını elan edir
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb










.jpg)











