Neft Fondu məzənnənin dəyişməsindən 5,7 milyard manat qazanıb
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı il üzrə gəlir və xərclərinə dair məlumat açıqlandı
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2016-cı il ərzində ARDNF-nin büdcə gəlirləri 9 milyard 410,2 milyon manat, büdcə xərcləri isə 9 milyard 022,1 milyon manat təşkil etmişdir.
Fonddan "Marja"ya daxil olmuş məlumata görə, 2016-cı il ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 milyard 341,4 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 8 milyard 320,0 milyon manat, bonus ödənişləri 0,1 milyon manat, tranzit gəlirləri 18,0 milyon manat və akrhesabı ödənişlər 3,3 milyon manat təşkil etmişdir.
Ötən il ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 1 milyard 68,8 milyon manata bərabər olmuşdur.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri 5 milyard 705,7 milyon manat təşkil etmişdir.
2016-cı il ərzində ARDNF-nin 2016-cı il büdcəsinin icrası çərçivəsində 7 milyard 615,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir.
Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 90,0 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 70,0 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 66,2 milyon manat vəsait ayrılmışdır. 31,6 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilmişdir. “Cənub Qaz Dəhlizi” layihəsi üzrə 797,4 milyon manat, “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə isə 331,8 milyon manat vəsait ayrılmışdır. 2016-cı il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 20,1 milyon manat təşkil etmişdir.
2017-ci il yanvarın 1-ə Fondun aktivləri 2016-cı ilin əvvəlinə (33 milyard 574,1 milyon ABŞ dolları) nisbətən 1,27% azalaraq 33 milyard 147 milyon ABŞ dollarına bərabər olmuşdur. Gəlirlərin xərcləri üstələməsinə baxmayaraq Fondun aktivlərinin azalmasının səbəbi Avro, İngilis funt sterlinqi, Türk lirəsi və Çin yuanı kimi valyutaların məzənnələrinin ABŞ dollarına qarşı zəifləməsi olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
29 d. əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
-
31 d. əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 43 d. əvvəl
-
1 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
1 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
1 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur

























