Bu qərar pulu "batmış" əmanətçilərin xeyrinədir
Konstitusiya Məhkəməsi Plenumunun dünən verdiyi qərara görə, əmanətlə bağlı verilən bonus illik faiz dərəcəsinə aid edilmir.
"Marja" xəbər verir ki, bu qərar "DəmirBank" daxil, bağlanmış bankların bəzi əmanətçilərini sevindirməlidir.
"DəmirBank" və digər banklar bağlanandan sonra bir çox əmanətçi bonsulara görə Əmanətlərin Sığortalanması Fondundan kompensasiya ala bilmirlər.
Məsələn, 2016-cı ildə bir müştəri “DəmirBank”a 12 500 dollar əmanət qoymaq üçün müraciət edib. Bu zaman onun əmanət müqaviləsi belə rəsmiləşdirilib: Əsas müqavilə ilə 12 500 dollar 3 % ilə qəbul edilir və əmanət qorunan əmanətdir. Həmçinin müqavilədə əmanətə 2% əlavə bonus hesablandığı da qeyd edilib.
“DəmirBank”ın lisenziyası ləğv edildikdən sonra müştəriyə bildirilib ki, əmanət ümumilikdə 5% ilə qəbul edildiyindən ona kompensasiya düşmür. Çünki, qorunan əmanətlər üzrə tətbiq edilən maksimal illik faiz dərəcəsi- milli valyuta üzrə 15%, xarici valyuta üzrə 3% həddində təstiq edilib.
Məlumata görə, lisenziyası ləğv edilmiş banklarda yüzlərlə belə hallar mövcuddur.
Xəbər verdiyimiz kimi, Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən "Marja"ya bildiriblər ki, iclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusu əsasında “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinə görə, həmin Qanunun 8.1.20-ci maddəsinə müvafiq olaraq əmanətin qorunan əmanət statusuna aid edilməsi üçün onun illik faiz dərəcəsi müəyyən edilmiş həddən artıq olmamalıdır. Əmanətlə bağlı verilən bonus illik faiz dərəcəsinə aid edilmir.
Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş və təshih (düzəliş) tədbirinin tətbiqindən sonra əmanətlərin şərtlərinin dəyişdirilməsi (faiz dərəcəsinin aşağı salınması) yolu ilə qorunan əmanət statusuna aid edilmiş əmanətlər qorunan əmanətlər hesab edilməlidir.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
9 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
9 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
10 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI





















