“Marketinq Sammiti 2018- Gün var əsrə bərabər” tədbiri təşkil olunacaq
(®) Son illərdə ölkəmizdə marketinq, biznesin inkişafı, marketinq kommunikasiyaları sahəsində ciddi inkişafa, tendensiyaların surətli dəyişiminə şahid olmaqdayıq. Əlbəttə ki, bütün bu proseslər gözlənilən və eyni zamanda müasir bazar iqtisadiyyatının tələbi kimi də diqqətimizi çəkməkdədir. Hər il ölkədə ixrac potensialından düzgün istifadə etmək, dövlətin yaratmış olduğu şəraitdən səmərəli yararlanmaq və xarici bazarlarda sağlam mövqe tutmaq üçün müxtəlif təlim, seminar və digər tədbirlər keçirilməkdədir. Bu zaman nələrə diqqət etmək, hansı standartları tətbiq etmək lazımdır? Bundan başqa ixrac siyasətinin düzgün strateji planlamasının aparılması, marka siyasətinin daha doğru və sağlam qurulması kimi aktual mövzular da meydana gəlməkdədir. Təbii ki, iqtisadiyyatın inkişafında enerji, logistika, turizim, istehsalat kimi platformalar önəmli rol oynamaqdadır.
Məhz bu sahələrdə yaranmış olan problemlərə qlobal aspektdən yanaşmaq, sahibkarlar, iş adamlarına doğru xidmət göstərərək onların məlumatlandırılması ən vacib amillərdəndir.
Bütün bunları nəzərə alaraq bu ilin Dekabr ayında COMUNİCAL şirkətinin təşkilatçılığı ilə “Marketinq Sammiti 2018- Gün var əsrə bərabər” tədbiri təşkil olunacaqdır.
Sammitin Məqsədi qlobal marketinq ilə lokal marketinqi sintez edib Qlokal Effekt yaratmaq, dövlətin strateji yol xəritəsinin əsas cizgilərinə uyğun olaraq logistika, enerji, turizim sahəsində müasir trendlərə uyğun olaraq mövzuların və eyni zamanda «Made in Azerbaijan» brendinin formalaşdırılması imkanlarının müzakirəsinin aparılacaqdır. Tədbirdə spiker qismində Azərbaycandan, Türkiyədən, Gürcüstandan dəvət olunacaq mütəxəssislər regionun 3 dost ölkəsi arasında həyata keçirilən ticari əməkdaşlıqlardan, ölkələrdə tətbiq olunan dijital platformalardan söhbət açacaqlar.
Ölkəmizdə bri çox yerli və xarici şirkətlərlə marketinq, marketinq kommunikasiyaları, bazar araşdırması sahəsində əməkdaşlıq edən COMUNİCAL şirkətinin rəhbəri, marketinq kommunikasiyaları üzrə mütəxəssis Tural Abbaslı tədbirin təşkilaçısı olaraq öz fikirlərini bildirdi: “Təşkil olunacaq marketinq sammiti 2018 layihəsi müasir marketinq trendlərinin ölkəmizdə adaptasiyası üçün səmərəli olacağına əminəm. Məlumat üçün bildirim ki, sammit haqqında qərar 30 Mart 2018-ci il tarixində keçirilmiş iclasda təsdiq edilmiş CMSP 012 saylı protokola əsasən tənzimlənərək COMUNİCAL şirkətinə həvələ edilmiş və təşkilat komitəsinin sədri Easymark şirkətinin rəhbəri Eyyub Qarabağlı, digər üzvlər isə Seymur Quliyev və Qələndər Məmmədli olaraq qəbul olunmuşdur. Tədbirin təşkili istiqamətində hal –hazırda bizə müraciət etmiş potensial tərəfdaşlarla aparılan danışıqlardan sonra tərəfdaşlarımız və yol yoldaşlarımız haqqında da geniş məlumat veriləcək.
Digər şirkət və ya müəssisələrin də bu barədə təkliflərini və fikirlərini daha operativ bildirmələri üçün təşkilat komitəsinin üzvləri ilə, [email protected] elektron ünvanından və ya 070 643 21 21 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur. Ümid edir və inanırıq ki, qarşıdakı illərdə Azərbaycanın biznes mühitində markalaşma, brend siyasəti, marketinq kommunikasiyaları istiqamətində yerli sahibkarlarımızla sinerji effektinə nail olaraq milli iqtisadiyyatımızın inkişafına hər zaman birlikdə tövhə verəcəyik”!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 14 d. əvvəl
-
32 d. əvvəl
Nağdsız alınmış əmlak üzrə 91 milyon manat ƏDV məbləği vətəndaşlara geri qaytarılıb
-
- 49 d. əvvəl
- 54 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
Expressbank Qlobal Pul Həftəsi ilə əlaqədar məktəblilərlə görüşüb
-
1 saat əvvəl
Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları
-
1 saat əvvəl
Bank Respublika Oxbridge Akademiyasında Qlobal Pul Həftəsinə həsr olunmuş tədbir keçirib
-
2 saat əvvəl
30 yaşına qədər olan 35 milyarder - 12-si sərvətini öz gücü ilə qazanıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Azelektromaş" şirkətinin gəliri azalıb
Nağdsız alınmış əmlak üzrə 91 milyon manat ƏDV məbləği vətəndaşlara geri qaytarılıb
İranın kəşfiyyat naziri də öldürüldü
Azərbaycandan Gürcüstana pul köçürmələri azalıb
Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları
Bank Respublika Oxbridge Akademiyasında Qlobal Pul Həftəsinə həsr olunmuş tədbir keçirib
Ən çox oxunanlar
Bayram günlərində işləyəcək banklar - SİYAHI
Azercell-dən xüsusi “OPPO” kampaniyası!
Daha 7 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşdi
Neftdə 500 milyard dollarlıq risk barədə xəbərdarlıq
“Azərsun Holdinq” “SOS Uşaq Kənd”ində iftar verib
Bakcell Novruz ərəfəsində media nümayəndələri ilə görüş keçirib



















