PİN kod yığılmadan 50 manat ödəmək olacaq
Azərbaycanda təmassız kartlar ilə şifrəsiz ödənilən məbləğ artırıldı.
"Marja" xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”na dəyişiklik edib.
Dəyişikliyə görə, emitent (və yaxud ekvayer) tərəfindən daha aşağı limit müəyyən edilmədikdə POS-terminal vasitəsilə 50 manat və ondan yuxarı məbləğdə həyata keçirilən nağdsız əməliyyatlar PİN-kod daxil edilməklə aparılır. İndiyə qədər bu məbləğ 20 manat olub.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Kart sahibi təmassız kart ilə avtomatik olaraq PayWave və PayPass texnologiyaları üzərindən təmassız ödənişlər imkanı əldə edir.
Təmassız ödəniş – gündəlik olaraq hər bir mal alışı və ya xidmət üçün ödəniş etdikdə vaxta qənaət etmək deməkdir. Kartı POS terminala yaxınlaşdırmaq kifayət edir ki, ödəniş PİN kod yığılmadan birbaşa həyata keçsin. İndiyədək ödəniş məbləği 20 manatdan çox olduğu halda əməliyyatı həyata keçirmək üçün kartı POS terminala yaxınlaşdırdıqdan sonra PİN kodu yığmaq tələb olunurdu. İndi 50 manatdan yuxarı əməliyyatlar üçün PİN kod tələb olunacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
50 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























