Bahalaşacağı gözlənilir, peşəkarlar satın alırlar
Yeni iPhone modellərinin təqdim edilməsinə bir neçə gün qalmış, Apple-ın səhminin qiyməti bütün zamanların ən yüksək səviyyəsinə qalxıb.
2 Avqustda 1 trilyon dollar bazar dəyərinə çatan ilk ABŞ şirkəti olan Apple, bu kommersiya uğurunun ardından yüksəlişini sürətlə davam etdirir.
"Marja" xəbər verir ki, Avqust ayında Apple şirkətinin səhmləri 10% bahalaşıb və şirkətin bazar dəyəri 1.1 trilyon dolara çox yaxınlaşıb. Şirkətin bir səhminin qiyməti ötən ayın son cümə günü 228.87 dollara qalxmışdı.
Apple-də mənzərə olduqca müsbət olmasına baxmayaraq, analitiklər, 1 trilyon dolları görən şirkətin səhmlərinin ucuzlaşacağını gözləyirdilər. Ancaq təxminən 10%-lik artım, səhmlər üzərindəki mənfi fikirlərin dağılmasını da təmin edib.
Bir çox birja peşəkarları və şirkətlər, 12 Sentyabrda keçiriləcək yeni iPhone-ların təqdimatı öncəsi şirkətin səhminin qiymətinin yenidən sıçrayacağını nəzərdə tutaraq səhm satın alırlar. Yaxşı mənfəət əldə etməyi planlaşdıran birja peşəkarlarının, iPhone-lar təqdim edildikdən qısa müddət sonra səhmləri əldən çıxarmağı düşündükləri də qeyd olunur. Yeni telefonların satışları gözləntiləri ödəməsə, səhmlərin ucuzlaşması da söz mövzusudur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz






















