İkinci 1 trilyon dollarlıq şirkət yoldadır
Dünyanın ən böyük onlayn pərakəndə şirkəti olan Amazon-un səhmi bahalaşmaqda davam edir. Dünən şirkətin səhminin qiyməti 2 min dollarla yeni bir səviyyəni də keçib. "Marja" xəbər verir ki, bu artımla Amazon-un bazar dəyəri 988 milyard dollar olub və 1 trilyon dollara yaxınlaşıb.
Amazon-un qurucusu Cef Bezos dünyanın varlı adamıdır.
Amazon-un bir səhminin qiyməti dünən ən yüksək 2025 dolları görəndən sonra günü 2002 dollardan tamamlayıb. Beləliklə, son bir ildəki qiymət artımı 71%-ə çatıb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Birjalarda "öküz" bazarının başladığı 2009-cu ilin Mart ayından bu yana Amazon-un səhminin bahalaşması 3 min faizi keçib. Başqa bir ifadə ilə, 9.5 il əvvəl Amazon səhmi alan investorlar 31 qat pul qazanıb.
Analitiklərə görə, Amazon-un səhmlərinin bahalaşmasının ən mühüm səbəbi şirkətin fəaliyyət sahələrini şaxələndirməsidir. Ötən il "Whole Foods" marketi 13.7 milyard dollara satın alaraq təzə meyvə-tərəvəz işinə daxil olan Amazon, iyun ayında da onlayn aptek "Pillpack"i alaraq əczaçılıq işinə addım atmışdır.
Amazon-un səhminin qiymətinin yaxın gələcəkdə 2500 dollara qalxacağı gözlənilir. Bu halda şirkətin bazar dəyəri də 1.2 trilyon dollara yüksələcəkdir.
İLKİ APPLE OLMUŞDU
Amazon 1 trilyon dollarlıq səviyyəyə yanaşan tarixdəki ikinci şirkətdir. Bu səddi keçən ilk şirkət isə 2 Avqustda Apple olmuşdu. Apple-ın səhmləri 201,50 dollarlıq səhm qiymətilə birja tarixində bir ilkə imza atmışdı.
Apple dünən isə 225 dollarlıq səhm qiymətilə bazar dəyərini 1.07 trilyon dollara çatdırmağı bacarıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























