8 banka qiymətli kağızlara investisiya maraqlı deyil
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 29-u bu il iyulun 1-nə olan vəziyyətə görə, qiymətli kağızlara investisiyalarının illik dinamikası barədə məlumat verib ki, bunlardan da 13-də müsbət dinamika müşahidə edilib.
Son 1 ildə fond bazarına investisiyaları ən çox artıran bank "Turan Bank" (24,6 dəfə), ən az artıran bank isə "Rabitəbank" (6,1%) olub.
1 bankda - "Atabank"da qiymətli kağızlara investisiyalar dəyişməyib.
5 bankda isə qiymətli kağızlara investisiyalar azalıb. Ən çox azalma "Bank of Baku"da (92,8%), ən az azalma "Zıraat Bank Azərbaycan"da (0,1%) qeydə alınıb.
2 bank - "Bank VTB Azərbaycan" və "Yapı Kredi Bank Azərbaycan" qiymətli kağızlara investisiya qoymağa yenicə başlayıb. 8 bank - AGBank", "Amrah Bank", "Azərbaycan Sənaye Bankı", "Bank Silk Vey", "Günay Bank", "Muğan Bank", "Naxçıvan Bank" və "NBC Bank" isə son 1 ildə fond bazarına investisiya qoymayıb. Odur ki, bu bankların investisiyalarının dinamikasını hesablamaq mümkün olmayıb.
1 bank - "Azərbaycan Beynəlxalq Bankı" isə qiymətli kağızlara investisiyalarının dinamikasını açıqlamayıb.
4 bankın qiymətli kağızlara investisiyaları 100 milyon manatdan çoxdur
Bu il iyulun 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 8-nin aktivlərində qiymətli kağızlara investisiyalar olmayıb.
Bunlar "AGBank", "Amrah Bank", "Azərbaycan Sənaye Bankı", "Bank Silk Vey", "Günay Bank", "Muğan Bank", "Naxçıvan Bank" və "NBC Bank"dır.
Digər 22 bank isə fond bazarına müxtəlif məbləğlərdə investisiyalar qoyub. Onlardan 4-də investisiyaların məbləği 100 milyon manardan çoxdur. Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (1 109,25 milyon manat), "PAŞA Bank" (816,779 milyon manat), "Kapital Bank" (408,673 milyon manat) və "Xalq Bank"dır (166,697 milyon manat).
Qiymətli kağızlara investisiyaların məbləği 12 bankda 10-100 milyon manat arasında, 6 bankda isə 10 milyon manatdan da azdır.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 13 d. əvvəl
- 16 d. əvvəl
- 18 d. əvvəl
- 19 d. əvvəl
- 22 d. əvvəl
- 23 d. əvvəl
- 12 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Ən çox oxunanlar
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu






.jpg)
.jpg)






.jpg)






