Türkiyə məhkəməsi Brunsona rədd cavabı verdi
ABŞ-lı keşiş Endryu Brunsonun sağlamlıq problemləri səbəbilə ev həbsinə çevirilən cəzasına vəkilinin etiraz tələbi Türkiyənin 2-ci Ağır Cinayət Məhkəməsi tərəfindən ikinci dəfə rədd edilib.
Amerikalı din xadimi Endryu Kreyq Brunson İzmirdə terror təşkilatları FETÖ və PKK adına cinayət törətməkdə və casusluqda ittiham olunur. Brunsonun 35 il azadlıqdan məhkum edilməsi istənilir.
Onun həbsi "səhhətindəki problemlər" əsas göstərilərək ev həbsinə dəyişdirilmişdir.
Brunsonın ev həbsinin və xaricə çıxış qadağasının ləğv edilməsi üçün məhkəməyə yenidən etiraz edilmişdi. Brunsonın vəkili, İzmir 2-ci Ağır Cinayətlər Məhkəməsinə verdiyi ərizə ilə, müvəkkili barəsində "ev həbsi və xarici çıxış qadağası" qərarına etiraz etmişdi.
Vəkil, məhkəməyə təqdim etdiyi ərizədə, müttəhim Brunsonın terror təşkilatları PKK və FETÖ/PDY ilə əlaqəsini göstərən dəlillərin mövcud olmadığını, müvəkkilinə isnad edilən "casusluq" ittihamının hüquqi əsasının olmadığını irəli sürmüşdü.
ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ
"Dua" kod adlı gizli şahid ilə digər şahidlərin ifadələrinin "yalandan" ibarət olduğunu iddia edən vəkil, ərizəsində bu ifadələrə yer verib.
"Bu ittihamnamə və dəlillərlə müvəkkilin azadlıqlarının məhdudlaşdırılması mümkün olmamalıdır.
Mühakimənin siyasi məsələlərin mövzusu halına gəldiyi bir həqiqətdir. Xüsusən , Amerika Birləşmiş Ştatları ilə Türkiyə arasında ikitərəfli münasibətlərdə əsas problem halına gəlmişdir. Bu cinayət işi ilə əlaqədar Türkiyə də ciddi zərbələrə məruz qalır. Bu halda məhkəmə heyəti olaraq hüquqa sadiq qalaraq qərar verməyin çətinliyi göz qabağındadır, ancaq Türkiyə Prezidentinin və digər nazirlərin qeyd etdiyi kimi Türkiyədə məhkəmə müstəqilliyi var. Məhkəmə, iki ölkənin heyətlər arasındakı görüşlərin nəticəsini gözləmədən hüquqa uyğun qərar verməlidir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
2 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
3 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
3 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
3 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 5 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq






















