"İşə gəlməyən işçilərə əməkhaqqı ödənilib"
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2018-ci ilin birinci yarısında aparılan nəzarəti tədbirlərinin nəticələri haqqında məlumat yayılıb.
Maliyyə Nazirliyindən “Marja”ya daxil olmuş məlumatda qeyd olunur ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin rayon (şəhər) təhsil şöbələrində aparılan nəzarət tədbirləri ilə müvafiq qaydada uşaqların sayı üçün müəyyən edilən həddə əməl edilmədən əlavə sinif kompleklərinin təşkil edildiyi, müvafiq ixtisas təhsilli müəllim olmadığı halda siniflərin iki hissəyə bölündüyü, məktəbdənkənar müəssisələrdə fakultativ və dərnək məşğələlərinin keçirilməsi jurnallarla təsdiq edilmədiyi halda həmin məşğələlərə görə əməkhaqqının ödənildiyi, pedaqoji işçilərin aylıq ödəniş dərəcələrinin yüksək göstərilməsi hesabına onlara xeyli məbləğdə əməkhaqqının artıq ödənildiyi, mövcud qaydaların tələblərinə zidd olaraq bəzi fənlərin tədrisinin müvafiq ixtisas təhsili olmayan müəllimlərə həvalə edildiyi, faktiki olaraq işə gəlməyən işçilərə əməkhaqqı ödənildiyi, işçilərin razılığı olmadan onların əməkhaqlarından tutularaq vəsaitin müxtəlif qurumlara köçürüldüyü, ezamiyyə xərcləri barədə müvafiq normalara əməl etmədən işçilərə artıq ezamiyyə xərclərinin ödənildiyi və digər bu kimi nöqsanlara yol verildiyi müəyyən edilib.
ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ
Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının tabeçiliyində olan elmi-tədqiqat institutlarında aparılan nəzarət tədbirləri ilə “Dövlət satınalmaları” haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq satınalma metodlarından istifadə etmədən malların (iş və xidmətlərin) satın alındığı, bəzi hallarda müvafiq xərc maddələrində nəzərdə tutulan vəsaitlərin hissələrə bölünərək tender əvəzinə katirovka sorğularının keçirildiyi, beynəlxalq konfransların keçirilməsi ilə əlaqədar hədiyyələrin paylanması və ziyafətlərin verilməsi barədə tərtib edilən hesabatlara Azərbaycan Respublikası tərəfindən iştirak edən şəxslərin də adlarının daxil edildiyi, ezamiyyə qaydalarının pozulması hesabına artıq ezamiyyə xərclərinin ödənildiyi və mühasibat uçotunun tələb edilən səviyyədə aparılmadığı kimi nöqsanlara yol verilib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin mədəniyyət müəssisələrində isə aparılan nəzarət tədbirləri ilə müəyyən edilib ki, ixtisas, qrup və fərdi məşğələlərin tədrisinə dair məşğələ jurnalları olmadığı və sinif otaqlarının sayı imkan vermədiyi halda, habelə məşğələ jurnallarında qeyd olunandan artıq dərslərin tədris edilməsi rəsmiləşdirilib, eyni gün və saatlarda eyni müəllimlər tərəfindən müxtəlif məşğələlərin tədrisi rəsmiləşdirilib, məktəblərdən xaric edilən uşaqların adları dərs jurnallarında saxlanılaraq onlara, habelə faktiki olaraq dərsə davamiyyəti olmayan şagirdlərə dərslərin deyilməsi sənədləşdirilib, kitabxanalarda kitab verilişinin və oxucu sayının əsassız olaraq artırılması hesabına əməkhaqlarının aylıq ödəniş dərəcələri yüksək müəyyənləşdirilib və müxtəlif vəzifələr üzrə artıq ştat vahidləri saxlanılıb, yararsız vəziyyətdə olan nəqliyyat vasitəsinə icbari sığorta üçün, habelə onun istismarı adı ilə yanacaq və ehtiyat hissələrinin alınmasına vəsait xərclənib, işçiyə verilməsi sənədləşdirilmiş xeyli məbləğdə ezamiyyə haqqı faktiki olaraq işçiyə verilməyib, yeni alınmış və istismar müddəti başa çatmamış çoxlu sayda avadanlıqlar əsassız olaraq uçotdan silinib, müvafiq ixtisas təhsili olmayan şəxslərə dərslərin deyilməsi həvalə edilib.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 29 d. sonra
-
21 d. əvvəl
Azər Türk Bank yeni ilə kəskin artım və dayanıqlı maliyyə nəticələri ilə başlayıb
-
- 38 d. əvvəl
- 50 d. əvvəl
-
1 saat əvvəl
"Kapital Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb - 120 MİLYON MANATDAN ÇOX XALİS MƏNFƏƏT AÇIQLADI
-
1 saat əvvəl
Metroda yeni stansiyaların tikintisi ilə bağlı kompensasiya ödənilə bilərmi?
-
2 saat əvvəl
Aprelin 16-da gözlənilən hava şəraiti - Bəzi yerlərdə az yağış yağacağı ehtimalı var
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
VTB (Azərbaycan) 2026-cı ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
19 bank xalis mənfəət, 1 bank xalis zərər açıqladı - SİYAHI
"Rabitəbank"ın xalis mənfəəti 9 faizdən çox artıb
Azərbaycanın Neft Fondu Çin və İndoneziya qurumları ilə platforma yaratdı - 520 milyon dollar cəlb edilib
Ən çox oxunanlar
“Təmiz Şəhər” İT sistemlərini “Hökumət buludu”na köçürüb
Xaricdə təhsil 33 ölkənin 230-dan çox universitetini əhatə edəcək
Yenilənmiş 100 manatlıq pul nişanı tədavülə buraxıldı
Ticarət şəbəkələri zay və xarab olan məhsulların vergiyə cəlb edilməsi üzrə təkliflər hazırlayıblar
“Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək - 300-dən çox şirkəti bir araya gətirəcək sərgi
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb















.jpg)






