"Bazarları sakitləşdirəcək planlar hazırdır"
Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak məzənnələrdə baş verən dalğalanma ilə əlaqədar açıqlamalar verib.
"Marja" xəbər verir ki, nazir deyib:
"Bu (məzənnənin dalğalanması), bir hücumun göstəricisidir. Qlobal maliyyə sisteminin ən böyük oyunçusunun başladığı bu hücum, bütün inkişaf etməkdə olan ölkələrdə oxşar vəziyyəti ortaya çıxarır. Çıxardı da".
Albayrak, bu vəziyyəti Rusiyanın da yaşadığını, ancaq çox güclü bir toparlanma yaşadığını da xatırladıb:
"Ölkəmizin valyutasının birbaşa ABŞ prezidenti tərəfindən hədəf alındığı belə bir şəraitdə, bu gün baş verənləri Türkiyə iqtisadiyyatının kövrək olması ilə əlaqələndirmək doğru deyil".
Albayrak, məzənnədəki dalğalanmaya qarşı plan hazırladıqlarını bildirib:
"Banklarımız ilə birlikdə məzənnədəki bu dalğalanmadan ən çox mənfi təsir görən təbəqə olan real sektor şirkətlərimizin vəziyyətləri ilə bağlı hərəkət planımızı hazırlamışıq. Banklarımız və BDDK (bank bazarını tənzimləyən orqan) ilə birlikdə lazımi tədbirləri operativ şəkildə görəcəyik"
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Berat Albayrak lazım olan addımların atılmağa başlandığını da vurğulayıb:
"Bazar ertəsi səhərdən etibarən bazarları sakitləşdirmək məqsədilə qurumlarımız lazımi addımları atacaq və bu barədə lazımi məlumatları bazar ilə bölüşəcəklər. Dediyim kimi, bütün tədbir və hərəkət planlarımız hazırdır".
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 11 d. əvvəl
- 19 d. əvvəl
- 29 d. əvvəl
-
45 d. əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
























