Azərbaycan prezidenti: “Ermənistanı daha da sarsıdacağıq”
“Dağlıq Qarabağ bizim əzəli torpağımızdır. Bütün dünya ölkələri ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir. Keçən ay Avropa İttifaqı ilə paraflanmış sənəddə Azərbaycanın ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunub. Eyni zamanda keçən ay NATO-nun zirvə görüşündə qəbul edilmiş Bəyannamədə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir. Bunlar beynəlxalq hüququ, ədaləti əks etdirən sənədlər, eyni zamanda işğalçı ölkəyə göndərilən siqnallardır. İşğalçı ölkələr bilməlidir ki, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”.
Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində bildirib.
Prezident İlham Əliyev qeyd edib ki, 20 il Ermənistana rəhbərlik etmiş xunta rejimi çöküb, işğalçı siyasəti iflasa uğrayıb: “İşğalçılıq siyasətinə görə Ermənistan bu gün ağır, təcrid edilmiş vəziyyətdədir. Azərbaycanla münasibətlər normallaşana qədər də belə olacaq. Bunun üçün işğalçı dövlət torpaqlarımızdan dərhal çıxmalıdır. 25 il əvvəl BMT Təhlükəsizlik Şurası qətnamələr qəbul edib. Həmin qətnamələrə görə erməni işğalçı qüvvələri işğal olunmuş torpaqlardan çıxarılmalıdır. Həll yolu budur. Ermənistanın indiki hakimiyyəti əvvəlki xunta rejimin səhvlərini buraxmamalıdır.
Ancaq onlar tərəfindən səslənən ziddiyyətli bəyanatlar təəccüb doğurur. Bir-birini təkzib edən bəyanatlar başa düşülən deyil. Bir tərəfdən deyirlər ki, Azərbaycan Ermənistanla yox, qondarma Dağlıq Qarabağ rejimi ilə danışıqlar aparmalıdır. Lakin bunu Azərbaycan və vasitəçilər qəbul etməyəcək. Özləri də bunu bilir. Eyni zamanda bu bəyanatdan bir müddət keçəndən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşür. Biz başa düşürük ki, yeni hökumətə beynəlxalq münasibətlər barədə məlumatlı olmaq üçün vaxt lazımdır. Ancaq verilən bəyanatlar sülhə vurulmuş yeni zərbədir. Çünki onlar işğalçı siyasəti davam etdirmək fikrindədirlər. Hələlik biz belə qənaətə gələ bilərik. Biz isə sülh istəyirik. Ancaq torpaqlarımız işğaldan azad edilənə qədər bu mümkün olmayacaq. Sülh istəyirlərsə, erməni əsgəri torpaqlarımızdan çıxmalıdır. Azərbaycan əsgərləri öz torpaqlarında şəhid, əlil olurlar. Erməni əsgərlərin isə bizim torpaqlarda heç biri işi olmamalıdır. İşğalçı işğal etdiyi torpaqlardan dərhal çıxmalıdır. O halda Azərbaycanla Ermənistan arasında əlaqə yarana və dayanıqlı sülh, inkişaf mümkün oluna bilər.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Münaqişənin tezliklə və mərhələli yolla həlli torpaqlarımızın azad olunmasından asılıdır. Biz və beynəlxalq aləm bunu tələb edirik. Əgər Ermənistan rəhbərliyi bundan sonra da danışıqların uzadılması ilə məşğul olacaqsa, biz öz təcrid siyasətimizi davam etdirəcəyik, bütün vasitələrdən istifadə edib Ermənistanı daha da sarsıdacağıq".
"Aprel döyüşləri Ermənistanda xunta hakimiyyətinin çürümüş sütunlarına zərbə vurdu, rejim uçuruma getdi"
İlham Əliyev, "Ermənistanda xunta rejimin çökməsində Azərbaycanın da siyasəti mühüm rol oynayıb. Aprel döyüşləri onların çürümüş sütunlarına zərbə durdu, ondan sonra xunta rejimi uçuruma getdi. Apreldə 4 günlük döyüşdə Azərbaycan Ordusunun qüdrəti nümayiş olundu" deyib.
Prezident qeyd edib ki, bu siyasət davam etdiriləcək.
"Beynəlxalq və siyasi müstəvidə təşkilatlar bizi dəstəkləyir. Azərbaycan və Ermənistan arasında iqtisadi sahədə böyük fərq, uçurum var. Hərbi sahədə də iyun ayında keçirdiyimiz parad göstərdi ki, kim nəyə qadirdir. Biz bütün bu imkanlardan istifadə edir və edəcəyik. Ermənistan rəhbərliyi bilməlidir ki, torpaqlarımızdan öz xoşu ilə çıxmalıdır", - deyə o vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
7 d. əvvəl
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə edib
-
16 d. əvvəl
Avropada satılan hər 10 yeni avtomobildən biri Çin istehsalıdır
- 18 d. əvvəl
-
24 d. əvvəl
"Müşavirədə xahiş etdim ki, yağışla bağlı da şimal zonasındakı fermerlərə subsidiyalar ayrılsın"
-
41 d. əvvəl
“Azərelektroterm”in baş direktoru vəzifədən azad olunacaq və yeni baş direktor seçiləcək
-
53 d. əvvəl
“Bakı Neft Mədən Avadanlıqları” ASC-nin xalis mənfəəti 58% artıb
-
1 saat əvvəl
DeepSeek əməkdaşlarının sayını 2 dəfə artırmağı planlaşdırır
- 1 saat əvvəl
-
17 saat əvvəl
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə edib
Azərbaycan neftinin son qiyməti
“Azərelektroterm”in baş direktoru vəzifədən azad olunacaq və yeni baş direktor seçiləcək
“Bakı Neft Mədən Avadanlıqları” ASC-nin xalis mənfəəti 58% artıb
Ən çox oxunanlar
DeepSeek əməkdaşlarının sayını 2 dəfə artırmağı planlaşdırır
Azər Türk Bank-ın Şəhid əməkdaşı ordenlə təltif edilib
Azərbaycanda 635 milyon manatdan çox kredit bank və qeyri-bank təşkilatlarına vaxtında qaytarılmayıb
Dövlət Vergi Xidməti pivə istehsalçılarını topladı: bazarda gizli dövriyyə halları aşkarlanıb
Dolların 29 İyun üçün rəsmi məzənnəsi müəyyən edilib



























