"Saziş "TBC Bank"ın Azərbaycan bazarında payını artırmaq məqsədilə imzalanıb"
Xəbər verdiyimiz kimi, “Nikoyl Bank” “TBC Bank Group PLC”nin törəmə şirkəti olan “TBC Bank” ilə strateji tərəfdaşlıq barədə öhdəliksiz saziş imzalayıb.
Bu gün “Nikoyl Bank”dan "Marja"ya daxil olmuş məlumata görə, strateji tərəfdaşlıq barədə saziş TBC Bank-ın Gürcüstan bazarında uğurlu təcrübəsinin istifadə olunması məqsədilə bağlanıb və Nikoyl Bank-ın “TBC Bank”ın törəmə şirkəti olan “TBC Kredit” ilə tam inteqrasiyası və qarşılıqlı əlaqəsini nəzərdə tutur.
“Bu müqavilənin həyata keçirilməsi dövlət orqanları tərəfindən təsdiqlənməlidir. Strateji tərəfdaşlıq çərçivəsində TBC Bankın nümayəndələri Nikoyl Bankın Müşahidə Şurasının işində iştirak edəcək və ən yaxşı beynəlxalq təcrübəni tətbiq etməklə rəhbərliyə biznesin inkişafının sürətləndirilməsində kömək edəcək”,- açıqlamada deyilir.
Nikoyl Bank-ın İdarə heyətinin sədri Nikoloz Şurqaia bağlanan müqaviləni qiymətləndirən zaman növbəti sözləri deyib: “Biz müştərilər üçün öz sektorunda ən yaxşı xidmətlərə və rəqəmsal imkanlara malik Gürcüstanın aparıcı bankı TBC Bank ilə tərəfdaşlıq barədə saziş imzaladığımız üçün çox şadıq. Birlikdə biz Azərbaycan biznesi və vətəndaşları üçün ən müasir xidmətləri təqdim edə və dinamik inkişaf edən bazarda irəliləyişə nail ola bilərik. Nikoyl Bankın rəhbərliyi bu tərəfdaşlığın həm bankın, həm ümumilikdə ölkə iqtisadiyyatının inkişafına müsbət töhfə verəcəyinə inanır”.
“Mən TBC Bankın Azərbaycan bazarında böyük təşəkkül və inkişaf yolu keçən və bu gün sadiq müştəri bazasına malik olan Nikoyl Bank-ın tərəfdaşı olmasını yüksək qiymətləndirirəm. Bu razılaşma Gürcüstanın ən böyük bankı olan və 2008-ci ildən etibarən fəaliyyət göstərdiyi Azərbaycan bazarında iştirak payını artırmaq məqsədinə yönələn TBC Bank üçün olduqca vacibdir. Biz Nikoyl Bank ilə təcrübəmizi və geniş məhsul çeşidlərimizi paylaşmağa hazırıq və onun biznesinin inkişafına töhfə verməyə şad olardıq”, - deyə TBC Bankın Baş direktoru Vaxtanq Butsxrikidze qeyd edib.
TBC Kredit haqqında
TBC Kredit – Azərbaycanda 1999-cu ildən etibarən fəaliyyət göstərən bank olmayan kredit təşkilatıdır. O əsasən KOS kreditləşməsi, istehlak və ipoteka kreditlərinə yönəlib. 2008-ci ildən etibarən TBC Kreditin 75%-i TBC Bank-a məxsusdur. Maliyyə hesabatları auditinə əsasən 2017-ci il dekabrın 31-nə birgə aktivlər və ümumi kapital müvafiq olaraq 27 mln. və 5 mln. manat təşkil etmişdir.
TBC Bank Group PLC (TBC PLC) haqqında
TBC PLC – 2016-cı ilin fevral ayında İngiltərədə qeydə alınan məhdud məsuliyyətli açıq şirkətdir. 2016-cı il avqustun 10-u TBC PLC TBC Bank SC-nin təsisçisi olmuşdur. TBC PLC şirkəti London Fond Birjasında kotirovka siyahısına TBCG adı altında daxil edilib.
Gürcüstanın Milli Bankı tərəfindən dərc olunan məlumata əsasən 2018-ci il martın 31-nə olan vəziyyətə görə TBC Bank öz törəmə müəssisələri ilə birlikdə Gürcüstanda ümumi bazar payı 37,8% kredit və 38,9% qeyri-bank depoziti ilə aparıcı universal bank qrupudur.
Nikoyl Bank haqqında
Nikoyl Bank 1994-cü ildən etibarən Bakı və ölkənin regionlarında fiziki və hüquqi şəxslərə bank xidmətlərinin tam spektrini təklif edir. 2018-ci il iyunun 30-na bankın aktivləri 446 mln., nizamnamə kapitalı 245 mln., birgə kapitalı isə 71 mln. manat təşkil etmişdir.
Bank məhsulları və xüsusi təkliflər barədə məlumatı www.nikoil.az korporativ saytında və ya (012) 981 telefon nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Sosial şəbəkədə Bankın rəsmi səhifəsi https://www.facebook.com/nikoilbank
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 58 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
1 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)





.jpg)




.jpg)





