Rusiya faiz qərarını açıqladı
Rusiya Mərkəz Bankı (CBR) faiz dəyişikliyinə getmədi.
"Marja" xəbər verir ki, Bank tərəfindən Cümə günü verilən məlumata görə, Bank uçot dərəcəsini 7.25% səviyyəsində sabit saxlayıb. Analitiklər də faizin dəyişdiriləcəyini gözləmirdilər.
Rusiya Mərkəzi Bankından bildiriblər ki, hökumətin əlavə dəyər vergisini (ƏDV) 20%-ə qaldırması qərarından sonra inflyasiya riskinin artması və proqnozlaşdırılmayan bəzi xarici amillər səbəbindən faizin sabit saxlanılmasına qərar verilib.
ƏDV-nin artması səbəbindən bu il və 2019-da istehlakçı qiymətlərinin (inflyasiyanın) yüksəlməsinin gözləndiyinə işarə edilən açıqlamada, il sonu inflyasiya nisbətinin 3,5% ilə 4% səviyyəsində reallaşmasının nəzərdə tutulduğu qeyd edilib.
İqtisadiyyatda il sonu artım proqnozlarının 1,5 faiz ilə 2 səviyyəsində saxlandığı bildirilən açıqlamada, 2018 FİFA Dünya Kuboku sayəsində ölkə iqtisadiyyatının ikinci rübdə 0,1-0,2% əlavə iqtisadi artım qeyd etdiyi bildirilib.
Rusiya hökuməti, büdcə üzərindəki təzyiqinin azaldılması məqsədilə ƏDV nisbətini gələn ildən etibarən 18%-dən 20%-ə qaldırır.
Müştərilərin xəbərləri
AccessBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası keçirdi
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 1 gün sonra
-
-
3 d. əvvəl
Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının İllik Toplantısı və Biznes Forumu keçiriləcək - TARİX
-
14 d. əvvəl
Bank yeni Baş Ofisini təqdim edib - 1100-dən çox əməkdaş üçün nəzərdə tutulub
-
37 d. əvvəl
Rəsmi Bakı İsrail hökumətinin bu qərarından ciddi narahatdır
- 43 d. əvvəl
- 51 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Rəsmi Bakı İsrail hökumətinin bu qərarından ciddi narahatdır
Ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edildi
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
“Crunch” Ağ Şəhərdə filialını açır
Dollarda son bir ilin ən böyük aylıq bahalaşması
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
İyunun 28-də gözlənilən hava şəraiti
“Neqodnı” olan vətəndaşlara çağırış edirəm: "Vaxtında komissiyadan keçin ki, biz sizin haqqınızda hər hansı tədbirləri həyata keçirməyək"
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
























