Rusiyaya OPEC-ə qoşulmaq təklif olunub
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Rusiyaya müşahidəçi ölkə kimi kartelə qoşulmağı təklif edib.
Bu barədə Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri, OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) sədri Xalid Əbdüləziz Al Falih deyib.
“Rusiyanı müşahidəçi qismində OPEC-ə qoşulmağa dəvət etmişik. Bu təklifin nəzərdən keçirildiyini düşünürük və Rusiyadan rəsmi olaraq qəbulla bağlı istəyin bildirilməsini səbirsizliklə gözləyirik. OPEC-ə üzv bütün ölkələr Rusiyanın iştirakından razı qalacaqlar”, - deyə nazir bildirib.
“Sputnik” agentliyinin verdiyi məlumata görə, Rusiyanın energetika naziri Aleksandr Novak rəsmi Moskvanın OPEC-in bu təklifini diqqətlə araşdırdığını deyib.
Rusiya OPEC-də müşahidəçi olmağa hazırdır? - sualına cavab olaraq A.Novak deyib: “Belə bir təklif həqiqətən var və nəzərdən keçirilir. Biz hazırda bu təklifi diqqətlə araşdırırıq”.
Qeyd edək ki, iyunun 22-də Vyanada keçirilən OPEC Nazirlər Şurasının 174-cü iclasında OPEC+ üzrə neft istehsalının gündəlik 1 milyon barrel artırılması barədə qərar qəbul olunub. İclasda, həmçinin Konqo OPEC-ə 15-ci üzv ölkə kimi qəbul edilib, OPEC Nazirlər Şurasının növbəti – 175-ci iclasının bu il dekabrın 3-də Vyanada keçirilməsinə qərar verilib, eləcə də OPEC üzrə cari ilin may ayında neft hasilatının azaldılmasına dair sazişə 152 faiz əməl olunduğu bildirilib.
İyunun 23-də Vyanada keçirilən OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin 4-cü iclasında isə nazirlər JMMC-nin tövsiyəsi və OPEC Nazirlər Şurasının qərarını müzakirə edib, nəticədə OPEC+ üzrə neft hasilatının hədəf olaraq sutkalıq 1 milyon barrel artırılmasına razılıq veriblər.
Birgə Monitorinq Komitəsi çərçivəsində hansı ölkənin öz neft hasilatını nə qədər artıracağı məsələsi müzakirə ediləcək və razılaşdırılacaq. Neft hasilatının artırılmasına bu il iyulun 1-dən başlanacaq. OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsi neft hasilatının könüllü şəkildə artırılmasına və ümumi uyğunluq dərəcəsinə nəzarət edəcək, həmçinin də OPEC və qeyri-OPEC Nazirlər Şurasına bu barədə hesabat verəcək.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 d. əvvəl
-
2 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
2 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 2 saat əvvəl
-
2 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
5 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
























