Trampdan Çinə daha 200 milyard dollarlıq əlavə vergi
ABŞ Prezidenti Donald Tramp, daha əvvəl açıqladığı gömrük tariflərinə Çinin cavab tədbirlərilə qarşılıq verməsi səbəbilə, Çinə daha 200 milyard dollarlıq daha gömrük vergisi tətbiq edilməsi tapşırığını verib.
"Marja" xəbər verir ki, Ağ Evdən verilən yazılı açıqlamaya görə, Tramp, ABŞ Ticarət Nümayəndəliyinə (USTR) 200 milyard dollarlıq əlavə gömrük vergisi tətbiq ediləcək Çin məhsullarını müəyyən etməsi üçün göstəriş verib.
Çinin, ABŞ-ın 6 İyulda qüvvəyə minəcək 50 milyard dollarlıq tariflərinə qarşı tariflər tətbiq etməsini sərt bir dillə tənqid edən Tramp, bunları qeyd edib:
"Cümə günü, Çindən idxal edilən 50 milyard dollar dəyərində məhsula gömrük vergisi tətbiq edilməsi planımızı açıqladım. Bu tariflər, Çinin texnologiya və innovasiya sahələrində ədalətsiz hərəkətlərindən imtina etməsi üçün qüvvəyə minəcək.
AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!
Təəssüf ki, buna qarşı Çin, ABŞ-dan idxala 50 milyard dollar dəyərində tarif qoymağa qərar verib. Belə görünür ki, Çinin Amerikanın əqli mülkiyyət hüquqlarına və texnologiyasına qarşı ədalətsiz fəaliyyətlərini dəyişdirməyə heç niyyəti yoxdur. Bu təcrübələri dəyişdirmək əvəzinə heç bir səhvi olmayan Amerika şirkətlərini, işçilərini və fermerlərini təhdid edir".
Tramp, açıqlamasında bu vəziyyətin qəbul edilməz olduğuna diqqəti çəkərək, Çini sözügedən fəaliyyətlərini dəyişdirməsi, bazarını Amerika məhsullarına açması və ABŞ ilə daha balanslı bir ticarəti qəbul etməsi üçün əlavə tədbirlər lazım olduğunu bildirib..
AŞAĞI FAİZLƏ 1 GÜNƏ KREDİT VERİLİR
ABŞ-Çin ticarətinin daha bərabər bir səviyyədə olması lazım olduğunu bildirən Tramp, "Bu səbəbdən USTR-ə, 10 faiz əlavə gömrük vergisi tətbiq olunacaq 200 milyard dollarlıq Çin qeydiyyatlı məhsulu müəyyən edilməsi göstərişini verdim. Çin dəyişməyi rədd edərsə və yaxın zamanda ABŞ məhsullarına qarşı açıqladığı tarifləri həyata keçirməkdə israr edərsə, 200 milyard dollarlıq məhsula əlavə gömrük vergis qüvvəyə minəcək", ifadələrini istifadə edib.
Tramp, ABŞ-ın artıq heç bir ölkə tərəfindən sui-istifadə edilə bilməyəcəyini vurğulayıb.
Ötən cümə günü Vaşinqton rəhbərliyi, Çindən idxal edilən 50 milyard dollar dəyərindəki mindən artıq texnologiya məhsuluna 6 İyul 2018-ci il tarixindən etibarən 25 faiz əlavə gömrük tarifi tətbiq olunacağı açıqlamışdı. Bu addımın ardından Çin hökuməti, ABŞ-dan idxal etdiyi 50 milyard dollarlıq 659 məhsula 25 faiz gömrük tarifi tətbiq edəcəyini bildirmişdi.
ABŞ-ÇİN TİCARƏT MÜHARİBƏSİ
ABŞ ilə Çin arasında ticarət müharibəsi, Trampın mart ayında idxal polad və alüminium müvafiq olaraq 25 faiz və 10 faiz əlavə gömrük vergisi tətbiq etməsilə başlayıb.
Çin, Vaşinqtonun polad və alüminium məhsullarına əlavə gömrük vergilərinə cavab olaraq, ABŞ qeydiyyatlı 128 məhsula 15 faiz ilə 25 faiz tarif tətbiq edilməsinə qərar verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 13 d. əvvəl
- 20 d. əvvəl
-
- 32 d. əvvəl
-
1 saat əvvəl
Subasma nəticəsində 18 135 AZN zərərə uğramış mənzilin xərci qarşılanıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
2 saat əvvəl
Neft Trampın İrana təhdidlərini artırmasından sonra yenidən bahalaşıb
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
“İran bir gecədə yox edilə bilər və o gecə sabah gecə ola bilər”
-
15 saat əvvəl
İran ABŞ-ın atəşkəs təklifini rədd edərək münaqişənin birdəfəlik dayandırılmasını tələb edib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
“AzInTelecom” IV Vergi və Mühasibatlıq Zirvəsində - VİDEO
Premium Bank 3 mühüm nominasiya üzrə mükafatlandırılıb
Bakıda qarajların orta qiyməti martda 5 %-ə yaxın artıb
Rəsmi məzənnələr açıqlandı
“Qaradağ Tikinti Materialları”na yeni investorların cəlb edilməsi, fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur
Ən çox oxunanlar
15 tələbə Azercell-dən təqaüd qazandı
“İran bir gecədə yox edilə bilər və o gecə sabah gecə ola bilər”
İran ABŞ-ın atəşkəs təklifini rədd edərək münaqişənin birdəfəlik dayandırılmasını tələb edib
10 nəfərdən ibarət komandası olan şirkət 400 milyon dollara satıldı
Bakı Fond Birjası listinq qaydalarını yenilədi - ƏSAS DƏYİŞİKLİKLƏR
Unibank IV Vergi və Mühasibatlıq Zirvəsinə dəstək verib




















