Biznes kreditləndə 0% komissiya, xərcləri də bank ödəyir
(®) Bu il 25 illik yubileyini qeyd etməyə hazırlaşan “Rabitəbank” 25 illik tədbirlər planı çərçivəsində bütün müştəriləri kimi biznes sahibləri üçün də yeni imkanlar yaratmaqda davam edir.
Belə ki, Bank yeni “Biznes kreditləri üzrə 0% komissiya” adlı kampaniyaya start verilib.
Kampaniya şərtlərinə uyğun olaraq biznes krediti rəsmiləşdirərkən müştəri tərəfindən heç bir komissiya ödənilməyəcək, bundan əlavə girovun qiymətləndirilməsinə dair bütün xərclər də bank tərəfindən ödəniləcək.
Sözügedən kampaniya üzrə minimal məbləğ 20.000 AZN, maksimal məbləğ isə 1.000.000 AZN-dək və ya onun USD ekvivalentində təşkil edir. Faiz dərəcəsi manat kreditləri üzrə 17%-dən, ABŞ dolları kreditləri üzrə isə 7%-dən başlayaraq təklif olunur. Kreditin maksimal müddəti 36 ayadəkdir, hətta layihədən asılı olaraq güzəşt müddəti də nəzərdə tutulur. Kreditin təyinatı əsas vəsaitlərin alınması, dövriyyə vəsaitlərinin artırılması və tikinti ehtiyacları üçün nəzərdə tutulub. Kreditin onlayn sifariş olunması da mümkündür, bunun üçün http://bit.do/biznes-krediti-sifarishi linkinə keçid etmək kifayətdir.
Xatırladaq ki, Rabitəbank-ın müştərilərinə təqdim etdiyi çoxşaxəli bank xidmətləri sırasında ən münasib tariflərlə hesablaşma - kassa əməliyyatları, etibarlı gəlir mənbəyi kimi müxtəlif növ əmanətlər, milli valyutada təqdim olunan nağd pul və kiçik/orta sahibkarlığının inkişafına xidmət edən biznes kreditləri ilə yanaşı riteyl kreditlərini, habelə dünyanın 190-dək ölkəsinə təcili pul köçürmələrini göstərmək olar.
25 illik bank tarixinə sahib Rabitəbank ölkənin ən iri banklarından biri kimi 22 filial və bir şöbədən ibarət filial şəbəkəsi, 60-dan çox ATM ilə müştərilərin xidmətindədir. Bankın xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat üçün 133 Məlumat mərkəzinə zəng edə və ya suallarınızı onlayn qaydada http://bit.do/RabitaFB bankın rəsmi “Facebook” səhifəsinə yönləndirə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 29 d. əvvəl
-
- 59 d. əvvəl
-
1 saat əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
1 saat əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycan neftinin son qiyməti
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
Ən çox oxunanlar
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


















