Kritik məlumat proqnozu aşdı, işsizlik tarixi aşağı səviyyədə
ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq Mayda proqnozdan yüksək reallaşıb, maaşlar artıb, işsizlik nisbəti isə təxminən 50 ilin ən aşağı səviyyələrinə enib. Bu vəziyyət güclü məşğulluq bazarının iqtisadi artımı dəstəkləməyə davam edəcəyini göstərir. Fed-in faiz artırmaqda davam edəcəyi qətiləşir.
"Marja" xəbər verir ki, ABŞ Əmək Nazirliyinin məlumatlarına görə, kənd təsərrüfatı xaric məşğulluq May ayında 223 min artıb. Proqnoz 189 min artım idi.
İşsizlik nisbəti 3.8%-ə geriləyib (Proqnoz 3,9% idi). Saatlıq qmaaşla aylıq 0.2% artacağı gözlənərkən 0.3% artıb. İllik isə 2.7% artım ilə 2.6%-lik proqnozu aşıb.
BANKDAN DA AŞAĞI FAİZLƏ KREDİT
Mart ayının kənd təsərrüfatı xaric məşğulluq göstəricisi 135 mindən 155 minə dəyişdirilib. Aprel ayı göstəricisi isə 164 mindən 159 minə endirilib.
Güclü göstəricilər, ABŞ Mərkəzi Bankının (Fed) 12 - 13 İyundakı iclasında faiz artıracağı ehtimalını daha da gücləndirib.
Göstəricinin açıqlanmasından bir saat əvvəl ABŞ Prezidenti Donald Tramp, sosial mediadan, "Məşğulluq göstəricilərini dörd gözlə gözləyirəm" açıqlamasını etmiş, bazarlarda rəqəmlərin yaxşı gələcəyi spekulyasiyalarını artmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
19 d. əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
-
26 d. əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 27 d. əvvəl
-
44 d. əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 52 d. əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
14 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 14 saat əvvəl
-
15 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
Rəsmi məzənnələr açıqlandı
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Ən çox oxunanlar
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"





















