Yağış yağacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında mayın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 19-23, Bakıda gecə 15-17, gündüz 21-23 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 756 civə sütunu, nisbi rütubət 65-75 faiz təşkil edəcək.
Abşeron çimərliklərində mayın 12-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) gün ərzində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 13-14 dərəcə isti təşkil edəcək.
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 17-18 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 11-16, gündüz 22-27, dağlarda gecə 3-6, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 12-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, bir qədər rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq yarada bilər.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
15 d. əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 19 d. əvvəl
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
-
2 saat əvvəl
Mərkəzi Bank “Paysis” və “Greentek Group” şirkətləri haqqında yeni məlumat yayıb
- 2 saat əvvəl
-
4 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
























