“Cybernet” ilə UZİNFOKOM arasında anlaşma memorandumu imzalandı
Azərbaycanın qabaqcıl informasiya texnologiyaları şirkəti olan “Cybernet” və Özbəkistanın dövlət informasiya sistemlərinin yaradılması və dəstəklənməsi üzrə vahid inteqratoru (UZİNFOKOM) arasında 2018-ci il may ayının əvvəlində tərəfdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Memorandum çərçivəsində “Cybernet” şirkəti ilə UZİNFOKOM İT-konsaltinq sahəsində, informasiya sistemlərinin təkmilləşdirilməsi, effektiv fəaliyyətinin təmin olunması məqsədilə müvafiq proqram təminatı məhsullarının hazırlanmasında yaxından əməkdaşlıq edəcəklər. ERP, CRM və BI-sistemlərinin tətbiqi nəzərə alınmaqla, biznesin avtomatlaşdırılması sahələrində işbirliyi də memorandumun məqsədlərinə daxildir.
Əlavə olaraq, 2018-ci il fevral ayında “Cybernet” şirkəti UZİNFOKOM təşkilatının dəvəti ilə Daşkənddə İKT sahəsində ən böyük və əhəmiyyətli tədbirlərindən olan UZİNFOKOM - 2018 beynəlxalq konfransında iştirak edib. Konfransda regional və qlobal təchizatçılar, sistem inteqratorları, beynəlxalq konsaltinq şirkətləri iştirak edib. Konfrans iştirakçıları Özbəkistanda İT sahəsində baş verən dəyişikliklər, yeni normativ-hüquqi aktların mahiyyəti, hökumət layihələrində İKT ilə işləmə sxemi ilə tanışlıq imkanı əldə ediblər.
UZİNFOKOM Özbəkistan Respublikası Prezidentinin 29 iyul 2002-ci il tarxili Fərmanına əsasən Kompüter və İnformasiya Texnologiyalarının İnkişafı və İcrası Mərkəzi kimi yaradılıb. 2017-ci ildə UZİNFOKOM dövlət informasiya sistemlərinin yaradılması və dəstəklənməsi üzrə vahid inteqratora çevrilib. UZİNFOKOM dövlət məlumat mərkəzlərinin hökumət sektorunda İT siyasətinin formalaşdırılması, Dövlət Məlumat Mərkəzinə, "Təhlükəsiz şəhər", "Ağıllı şəhər", elektron hökumət sistemləri və mənzil-kommunal xidmətləri üzrə vahid hesablaşma layihələrinə xidmət göstərilməsi üzrə əsas müvəkkil qurumdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır





















