Qərzəkli meyvəçiliyin inkişafına dair dövlət proqramı hazırlanır

İxracyönümlü sahələrdən olan fındıqçılığa maraq ildən-ilə artmaqdadır. Bu sahənin inkişafı həm insanların məşğulluğunun təmin olunmasında, həm də gəlirlərinin artmasında mühüm rol oynaya bilər. Yanvarın 30-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev fındıqçılığın inkişaf etdirilməsinin vacibliyinə toxunaraq deyib:
“Cəmi bir il ərzində fındıq əkini sahələri dövlət hesabına təxminən 40 faiz artmışdır. Fındıq kənd təsərrüfatı məhsulları arasında bu gün ən çox valyuta gətirən məhsuldur. Bu sahənin inkişafına bizim təbii iqlimimiz də imkan verir. Fındıqçılıq indi 13 rayonda inkişaf etdirilir və biz fındıq bağlarının sahəsini 80 min hektara çatdırmalıyıq. Əgər bu gün bu bağların sahəsi təqribən 30-35 min hektardırsa, biz bunu 80 min hektara çatdırmalıyıq və beləliklə, iki dəfədən çox gəlir əldə ediləcək və vətəndaşlar iki dəfə çox pul qazanacaqlar”.
On ildə Şəki-Zaqatala bölgəsində fındıq əkini sahəsi 36,3 faiz artıb
Bu sahədə mövcud vəziyyəti və perspektivləri dəyərləndirən Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktor müavini Vahid bildirib ki, ixracın şaxələndirilməsi, o cümlədən qeyri-neft sektorunun inkişafı dövlətimizin iqtisadi-sosial siyasətinin başlıca istiqamətlərindən biridir. Belə ixrac potensialı olan məhsullardan biri də fındıqdır. Azərbaycanda iqtisadi rayonlar sırasında Şəki-Zaqatala iqtisadi rayonu fındıq istehsalının 74 faizini təşkil edir. 2005-2015-ci illərdə Azərbaycanda fındıq bağları 12 min 358 hektar artıb, 1 hektardan orta məhsuldarlıq isə 21 faiz azalıb. Bu dövrdə ən yüksək göstərici Şəki-Zaqatala iqtisadi bölgəsində qeydə alınıb. Belə ki, bu bölgədə fındıq istehsalında 5,6 faiz, bağların əkin sahəsində 36,3 faiz artım olub.
Hər hektardan məhsuldarlıq 2-2,5 tona çatdırılacaq
Ekspert bildirib ki, ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan fındıqçılığın inkişafının sürətləndirilməsi, həmçinin məhsul istehsalına əhalinin marağının artırılması məqsədilə Azərbaycan Prezidentinin “İpəkçiliyin və fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 16 noyabr tarixli Sərəncamına əsasən fındıq pöhrələrinin alınmasına 700 min manat vəsait ayrılıb və 10 min hektardan çox yeni fındıq bağları salınıb. Hazırda qərzəkli meyvəçiliyin inkişaf perspektivləri nəzərə alınaraq, “Azərbaycan Respublikasında 2017-2026-cı illərdə qərzəkli meyvəçiliyin (fındıq, badam, qoz və şabalıd) inkişafına dair Dövlət Proqramı” layihəsi işlənib hazırlanır. Layihədə bu istiqamətdə aparılan işlərin daha da gücləndirilməsi və fındıq əkini sahəsinin 42 min hektar artırılaraq 80 min hektara, hektardan məhsuldarlığın isə 2-2,5 tona çatdırılması nəzərdə tutulur.
Dövlət Proqramının həyata keçirilməsi regionların aqrar sənaye potensialını artıracaq
“Azərbaycan Respublikasında 2017-2026-cı illərdə qərzəkli meyvəçiliyin (fındıq, badam, qoz və şabalıd) inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi ölkəmizdə fındıq məhsullarına olan daxili tələbatın ödənilməsinə, xüsusilə fındıqçılığın geniş yayıldığı rayonlarda yaşayan əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, regionların aqrar sənaye potensialının artırılmasına gətirib çıxaracaq. Eyni zamanda, qərzəkli meyvə emalı məhsulları üzrə idxaldan asılılığın azaldılmasına, rəqabətin qorunmasına, yeni texnologiya və bitkilərin tətbiqinə, emal olunan fındıq meyvə məhsullarının ixracının və bununla bağlı digər sahələrin inkişafına təsir göstərməklə, bütövlükdə, ölkənin ümumi iqtisadi potensialının gücləndirilməsinə mühüm töhfə verəcək”, - deyə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktor müavini qeyd edib.
Respublikamızda ildə təqribən 35 min ton fındıq istehsal olunur
Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov isə əsas istehsal bölgələrində laboratoriyaların açılmasının, laborator analizlərin aparılmasının təkmilləşdirilməsinin, istehsalçılara güzəştli kreditlərin artırılmasının, ixrac təşviqinin ödənilməsi mexanizminə qablaşdırılmamış fındıq ləpəsinin əlavə olunmasının, ixrac prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsinin bu sahənin inkişafına təkan verəcəyini deyir.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda bu barədə danışan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov bildirib ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesablamalarına görə, Azərbaycan fındıq istehsalı üzrə dünyada dördüncü ölkədir. Respublikamızda ildə təqribən 35 min ton fındıq istehsal olunur. Ümumiyyətlə, fındıqçılıq sahəsində yüz minə yaxın insanı birləşdirən 25 mindən çox ailə-fermer təsərrüfatı çalışır.
Yeni fındıq bağlarının salınması istehsal və ixracın artmasına böyük töhfə verəcək
“Fındıqçılıq ölkəmizə valyuta gətirən sahədir. Azərbaycan həm də dünyada dördüncü fındıq ixracatçısıdır. Belə ki, ötən ildə ölkəmizdən 105 milyon ABŞ dolları məbləğində fındıq ixrac olunub. İxracımız əsasən İtaliya, Rusiya və Almaniyayadır. Ümumilikdə, keçən il 25-ə yaxın ölkəyə fındıq ixrac etmişik”, - deyə Assosiasiya sədri qeyd edib.
Onun sözlərinə görə, dövlət tərəfindən fındıq pöhrələrinin alınaraq fermerlərə pulsuz verilməsi və yeni bağların salınması fındıq istehsalının və ixracının artmasına böyük töhfə verəcək.
© Azərtac
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 3 gün sonra
-
- 3 gün sonra
-
1 saat əvvəl
Nazir Rəşad Nəbiyev “Xsolla” şirkətinin prezidenti ilə görüşüb
-
1 saat əvvəl
Azər Türk Bank beynəlxalq maliyyə institutu ilə mühüm saziş imzaladı
- 1 saat əvvəl
-
1 saat əvvəl
“SOCAR Trading” vasitəsilə ABŞ-yə LNG ticarəti nəzərdən keçirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Beynəlxalq logistika şirkətinin nümayəndələri Bakı Limanının imkanları ilə tanış olublar
- 2 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Azər Türk Bank beynəlxalq maliyyə institutu ilə mühüm saziş imzaladı


“Azərsun Holdinq” “YAŞAT” Fondunun layihəsinə dəstək verib

Azərbaycanda daha çox ət, süd, yumurta və yağlar bahalaşıb

Beynəlxalq logistika şirkətinin nümayəndələri Bakı Limanının imkanları ilə tanış olublar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olundu

Tramp Avropa İttifaqını Hindistan və Çinə qarşı 100%-lik rüsumlar tətbiq etməyə çağırıb

Maliyyə savadlılığı hər yaşda önəmlidir – Bank of Baku-dan təlim

"Muzdlu işçilərin sayı az olduqca, vergilərin, sosial sığortanın yığılmasında problemlərimiz olacaq"
