“Atəşgah” böyük artımlar reallaşdırdığını açıqladı
Azərbaycan sığorta bazarının liderlərindən biri olan “Atəşgah” Sığorta Qrupu 2018-ci ilin birinci rübü üçün maliyyə hesabatını təqdim edib.
Şirkətin yaydığı məlumata görə, şirkətlərin 2018-ci ilin yanvar-mart ayları ərzində topladığı sığorta haqlarının ümumi həcmi 21,5 milyon manat təşkil edib.
Belə ki, “Atəşgah” Sığorta Şirkətinin cari ilin ilk rübü ərzində sığorta haqlarının həcmi 8,4 mln. manat təşkil etməklə keçən ilin analoji dövrü ilə müqayisədə 16% artım nümayiş etdirilib. Sığorta ödənişlərinin həcmi isə 4,5 milyon manat təşkil edib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 22% çoxdur.
“Atəşgah” SŞ - nin 2018-ci ilin birinci rübü ərzində ən çox ödəniş etdiyi sığorta növü avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası olmuşdur ki, bu sığorta növü üzrə ödənişin ümumi məbləği 2,7 mln. manat təşkil etmişdir. Qeyd edək ki, bu rəqəm keçən ilin eyni dövrü ilə müqayisədə 4% çoxdur.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
“Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah Həyat” Sığorta Şirkətinin sığorta haqları isə 56% artaraq 13,1 mln. manat təşkil etmişdir.
Yüksək etibarlılıq imicinə sahib olan “Atəşgah” SŞ 1996-ci ildə yaranıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir

















