Nazir bu ilin barama istehsalı proqnozunu açıqladı
Kənd təsərrüfatı naziri İnam Kərimov Qax rayonunda kümçülərə ipəkqurdunun paylanması prosesində iştirak edib.
Nazir jurnalistlərə bildirib ki, Prezident İlham Əliyevin 2017-ci il noyabrın 27-də imzaladığı sərəncamla "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı" təsdiq edilib.
İ.Kərimov qeyd edib ki, proqramın həyata keçirilməsi nəticəsində 2025-ci ilə qədər barama istehsalının 6 000 tona çatdırlması nəzərdə tutulub:
"Dövlət başçısının tapşırıqlarının icrası ilə əlaqədar Nazirlik tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2017-ci ildə ölkədə 245 ton yaş barama istehsal olunub. Baramaçılığın yem bazasının formalaşdırılması məqsədilə 2,5 milyon tut tingi tədarük edilərək baramaçılıq rayonlarında Çin texnologiyası əsasında intensiv bağlar salınıb. Cari ildə Çindən müqavilə əsasında 13 000 qutu yüksək keyfiyyətli ipəkqurdu toxumları alınıb, respublikamızın iqlim şəraiti nəzərə alınaraq iki mərhələdə ölkəmizə gətirilib".
Nazir deyib ki, bu il aprelin 17-də ilkin mərhələdə 7 000 qutu yüksək keyfiyyətli hibrit ipəkqurdunun toxumları Nazirliyin Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub və 99-100% yüksıək keyfiyyətli baramaqurdu əldə edilərək bölgü əsasında Azərbaycanın 22 rayonunun kümçülərinə əvəzsiz olaraq paylanılıb:
"Bu gün ikinci mərhələdə inkubasiyadan çıxan 6 000 qutu ipəkqurdunun dağlıq və dağətəyi zonada yerləşən 17 rayonun kümçülərinə paylanması həyata keçirilir. Bu il respublikada 450-500 ton yaş barama istehsalı nəzərdə tutulub, bu da ötən illə müqayisədə 2 dəfə çoxdur".
© Report
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb




.jpg)










.jpg)

