Bank fiasko rəqəmlər açıqladı - ZƏRƏRİ DAHA DA ARTDI
"AG Bank" ASC mənfəətə çıxa bilmir. Bank 2018-ci ilin 1-ci rübünü də 3 milyon 223 min manat zərər ilə başa vurub və "AgBank"da yığılmış zərər 70 milyon 402 min manata çatıb.
2017-ci ilin 1-ci rübündə “AG Bank”ın xalis zərəri 1 milyon 807 min manat təşkil etmişdi. “AG Bank” 2015-ci ili 88 milyon 386 min manat, 2016-cı ili 64,4 milyon manat, 2017-ci ili isə 6 milyon 688 min manat zərər ilə bağlamışdı.
GƏLİRLƏRİ XƏRCLƏRİNİ ÖDƏMİR
Cari ilin yanvar-mart dövründə "AG Bank"ın cəmi gəlirləri 11 milyon 348 min manat, xərcləri isə 13 milyon 616 min manat təşkil edib. Nəticədə Bankın 2 milyon 268 min manat əməliyyat zərəri yaranıb. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 952 min manat ayrıldığından "Ag Bank"ın zərəri 3 milyon 223 min manata qalxıb.
2017-ci ilin yanvar-mart dövründə "AG Bank"ın cəmi gəlirləri 13 milyon 483 min manat təşkil etmişdi. Bankın faiz gəlirləri 6 milyon 477 min manatdan 4 milyon 949 min manata, qeyri-faiz gəlirləri isə 7 milyon 7 min manatdan 6 milyon 399 min manata geriləyib.
KAPİTALI "ƏRİYİB"
"Marja" Bankın açıqladığı maliyyə hesabatlarına istinadən xəbər verir ki, 30 Mart 2018-ci il tarixinə "AG Bank"ın məcmu kapitalı 40 milyon 425 manat təşkil edib. 2017-ci ilin sonunda Bank 44 milyon 572 min manat məcmu kapitala malik idi. Məcmu kapitalın azalmasının səbəbi yaranan zərərlərdir.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR AZALIB
Bankın müştərilərə verdiyi cəmi kreditlər 2017-ci ilin sonundakı 282 milyon 907 min manatdan 30 Mart 2018-ci il tarixində 278 milyon 797 min manata düşüb. Xalis kreditlər isə 240 milyon 423 min manatdan 236 milyon 484 min manata geriləyib. Müştərilərə verilmiş keditlərin 150 milyon 988 min manatının və ya 53%-nin ödəmə vaxtı keçib.
30 Mart 2018-ci il tarixində "AG Bank" 504 milyon 289 min manat cəmi aktivlərə malik olub.
ƏHALİNİN ƏMANƏTLƏRİ AZALIB
"AG Bank" da fiziki şəxslərin müddətli depozitləri 2017-ci ilin sonundakı 122 milyon 770 min manatdan 113 milyon 616 min manata düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
8 d. əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
-
17 d. əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
- 19 d. əvvəl
-
29 d. əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 37 d. əvvəl
-
59 d. əvvəl
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kapital Bankın xalis mənfəətində son 3 ilin ən yüksək nəticəsi qeydə alınıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib



















