237 illik dərman nəhəngindən tarixi satınalma - 65 MİLYARD DOLLAR
Dünyanın 15 ən iri əczaçılıq şirkəti arasında yer alan Yaponiyanın "Takeda Pharmaceutical" şirkəti, İrlandiyanın dərman istehsalçısı "Shire"ı 65 milyard dollara satın alır. "Shire" səhmdarları, hələ başlanğıc mərhələsində olan satınalmanın reallaşması ilə yaranacaq şirkətin 50 faiznə sahib olacaqlar.
"Marja" xəbər verir ki, ABŞ-lı rəqibləri "AbbVie" və "Pfizer" kimi şirkətlərlə rəqabət qabiliyyətini gücləndirmək istəyən 237 illik dərman nəhəngi "Takeda", daha əvvəl də "Shire"yə bir neçə dəfə satınalma təklifi vermişdi.
Fransız Kristof Veber (Christophe Weber) tərəfindən idarə olunan "Takeda" şirkəti "Shire"ı satın alsa, bu, sektorun ən böyük alışlarından biri olacaq. Çünki, "Shire"in borcları da daxil ediləndə müqavilənin dəyəri 80 milyard dollara qədər çıxır. Ekspertlərə görə, "Takeda"nın bu həmləsi "Pfizer"ı da bənzər bir satınalmaya sövq edə bilər. "Pfizer son olaraq 2000-ci ildə "Warner Lambert"i 112 milyard dollara almışdı.
SƏHMLƏRİ DÜŞDÜ
"Financial Times"ın xəbərinə görə investorlar "Takeda"nın bu aqressiv genişlənmə planından razı deyil. Çünki, "Takeda"nın əlində yalnız 4,3 milyard dollarlıq nağd pulu var.
Yapon şirkətin səhmləri çərşənbə günü açılışda 9 faiz geriləyib.
"Shire"də 5,7 faiz payı olan "BB Healhcare Trust"ın fond rəhbərlərindən Paul Meycora-ya görə, müqavilə valyuta riski daşıyır. Meycor, "Təklifin nağd komponenti dollarla, pay komponenti yen ilə ödənir. "Shire" isə funt-sterlinq üzərindən listinq edilib" deyib.
ƏCZAÇILIQ SEKTORU DAYANMIR
"Takeda- Shire" sazişi reallaşarsa, 65 milyard dollarlıq təklif tarixi bir rəqəm ola bilər.
Çünki, son illərdə hərəkətə gələn dərman sektorunda ən çox səs salan satınalmalardan biri aprelin əvvəlində baş vermişdi. Dünyanın ən böyük dərman şirkəti "Novartis", mərkəzi ABŞ-da yerləşən gen terapiya şirkəti "Avexis"i 8,7 milyard dollara almışdı.
Fransız dərman nəhəngi "Sanofi" də yanvar ayında, Belçikanın bioteknologiya firması "Ablynx" üçün 3,9 milyard avro ödəmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
7 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























