Tacikistanda dollar qıtlığı yaranıb
Tacikistanın valyuta bazarında ABŞ dolları qıtığı yaranıb.
Bu barədə tacik mətbuatına istinadən xəbər verir.
Məlumata görə, mövcud vəziyyət Tacikistanın iqtisadi baxımdan bağlı olduğu Rusiyada milli valyutanın məzənnəsinin zəifləməsi ilə bağlıdır. Belə ki, ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarının təsiri ilə Rusiya rublunun ucuzlaşması bu ölkədəki tacik miqranların vətənə göndərdiyi dollar kütləsinin azalmasına səbəb olub.
Son nəticədə Tacikistanda dolların məzənnəsi bir qədər artaraq 8,8847 somoniyə bərabər olub. Halbuki, təxminən 2 həftə bundan əvvəl Amerika valyutasının məzənnəsi 8,828 somoni olub.
Milli valyutanın dəyərdən düşməsindən sonra Tacikistanın kommersiya banklarından dollar almaq problemə çevrilib. Dollara tələbat kəskin artdığından əksər banklar valyuta satışına 200 dollarlıq limit tətbiq edib, bir qisim banklar isə satışı tamamilə dayandırıb.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
12 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 12 saat əvvəl
-
14 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək






















