“RabitəBank”ın kreditlərdən gəliri kəskin artıb
“RabitəBank” ASC 2018-ci ilin 1-ci rübünün yekununa dair maliyyə göstəricilərini açıqlayıb.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, cari ilin yanvar-mart dövründə “RabitəBank”ın cəmi gəlirləri 11 milyon 120 min manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisdə 17% çoxdur. “RabitəBank” 2017-ci ilin yanvar- mart dövründə 9 milyon 503 min manat cəmi gəlir əldə etmişdi.
Müqayisə olunan dövrdə, Bankın rüblük faiz gəlirləri 6 milyon 78 min manatdan 8 milyon 910 min manata qalxıb (46,6% artım), qeyri-faiz gəlirləri isə 3 milyon 425 min manatdan 2 milyon 210 min manata düşüb (35,5% azalma).
Faiz və qeyri-faiz xərclər çıxıldıqdan sonra Bankın xalis gəlirləri 5 milyon 577 min manat təşkil edib. Xalis gəlirlərin 3 milyon 342 min manatı inzibati xərclərə və 2 milyon 132 min manatı ehtiyatlara yönəldilib. Bank ilk rübü 102 min manat mənfəət (vergidən əvvəl) ilə başa vurub. 2017-ci ilin ilk rübündə “RabitəBank”ın mənfəəti 450 min manat təşkil etmişdi.
“RabitəBank”ın inzibati xərcləri və ehtiyatlara ayırmaları artıb.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
31.03.2018-ci il tarixində “RabitəBank”ın cəmi aktivləri 664 milyon 978 min manat təşkil edib. Aktivlərin 246 milyon 123 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. 2017-ci ilin sonunda “RabitəBank”ın cəmi aktivləri 727 milyon 241 min manat, o cümlədən müştərilərə verilmiş kreditlər 234 milyon 645 min manat təşkil etmişdi.
Diqqəti cəlb edən “RabitəBank”ın faiz gəlirləri 46% artsa da faiz xərclərinin demək olar ki, dəyişməməsidir. Bu, səhmdar kapitalının artırılması nəticəsində Bank öz vəsaitlərinin artması ilə əlaqədar ola bilər.
Ötən ilin sonunda 653 milyon 852 min manat olmuş öhdəliklər 578 milyon 195 min manata geriləyib. Səbəb müştərilərin cari hesablarının və müştərilərin müddətli depozitlərinin azalmasıdır.
KAPİTALI XEYLİ ARTIB
2018-ci ilin ilk 3 ayında “RabitəBank”ın səhmdar kapitalı 12 milyon 800 min manat artaraq 101 milyon 300 min manata, cəmi balans kapitalı isə 13 milyon 394 min manat artaraq 86 milyon 783 min manata çatıb. Bankın məcmu kapitalı isə 92 milyon 195 min manatdan 104 milyon 774 min manata yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
6 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 6 saat əvvəl
-
8 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























