Mərkəzi Bankın sistemləri sertifikata layiq görülüb
Mərkəzi Bankın Banklararası Kart Mərkəzinin infrastrukturu bu yaxınlarda beynəlxalq PCI-DSS v3.2 standartının tələblərinə uyğun olaraq qiymətləndirilmiş və müvafiq sertifikata layiq görülmüşdür. Bu barədə “Marja”ya Mərkəzi Bankdan bildirilib.
Eyni zamanda, Mərkəzi Bankda fəaliyyət göstərən ikinci digər mühüm informasiya sistemi də beynəlxalq standartlara müvafiq olaraq qiymətləndirmə və diaqnostikadan keçirilmiş və bugünlərdə Britaniya Standartlar İnstitutu tərəfindən beynəlxalq sertifikata layiq görülmüşdür. Belə ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən akkreditə edilmiş Mərkəzi Bankın Bank Sertifikat Xidmətləri Mərkəzi (BSXM) informasiya təhlükəsizliyi üzrə ISO/IEC 27001:2013 beynəlxalq standartının tələblərinə uyğunluğu baxımından geniş təhlil və diaqnostika olunmuşdur. Britaniya Standartlar İnstitutu tərəfindən aparılan audit nəticəsində Mərkəzi Bankda İnformasiya Təhlükəsizliyinin İdarəetmə Sisteminin və BSXM-in ISO/IEC 27001:2013 beynəlxalq standartının tələblərinə cavab verdiyi təsdiq edilmiş və müvafiq sertifikat təqdim olunmuşdur.
BSXM-in funskional fəaliyyəti "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Mərkəzi Bankın korporativ informasiya sistemlərinin təhlükəsizliyinin gücləndirilməsi məqsədilə təkmil elektron imzalardan istifadənin təmin edilməsidir. BSXM-in təkmil elektron imzaları böyük infrastruktura malik olan Milli Ödəniş Sistemləri daxil olmaqla, bir sıra informasiya sistemlərində şəxsin identifikasiyası, məlumatın tamlığının və məxfiliyinin qorunması məqsədilə istifadə edilməkdədir.
Qeyd edilən standart ISO/IEC 27000 standartlar ailəsindən olan və təşkilatda informasiya aktivlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə İnformasiya Təhlükəsizliyinin İdarəetmə Sistemi üzrə tələbləri özündə əks etdirən qabaqcıl standartdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 11 d. əvvəl
- 14 d. əvvəl
- 16 d. əvvəl
- 17 d. əvvəl
- 20 d. əvvəl
- 20 d. əvvəl
- 12 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Ən çox oxunanlar
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu






.jpg)







.jpg)






