"Dollar kreditləri araşdırılır, qərarlar qəbul edilə bilər"
Əhalinin və biznesin borc yükünün azaldılması üçün araşdırmalar aparılır.
“Bütövlükdə bank sektorunun sağlamlaşdırılması, onun maliyyə vasitəçiliyi funksiyasının təmin edilməsi, o cümədən də əhalinin və biznesin maliyyə vəziyyətinin sağlamlaşdırılması istiqamətində araşdırmalar həyata keçirilir”.
“Marja”nın məlumatına görə, bunu Aprelin 9-da keçirilmiş mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
Elman Rüstəmov qeyd edib ki, o cümlədən, devalvasiyalardan sonra artmış problemli kreditlər probleminin həll edilməsi istiqamətində araşdırmalar aparılır:
“Bu araşdırmalar tam yekunlaşandan sonra hökumət və Mərkəzi Bank müəyyən qərarlar qəbul edə bilər. Biz hələlik araşdırma mərhələsindəyik”.
Qeyd edək ki, banklarda ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1,7 milyard manatı keçib. Bu bankların müştərilərə verdikləri cəmi kreditlərin 15%-nə yaxındır.
“Marja”nın bank dairələrindən də əldə etdiyi məlumata görə, Maliyyə Bazarlarına Nəzarət Palatası devalvasiyalardan sonra yaranmış problemli kreditlərin azaldılması istiqamətində müxtəlif təkliflər hazırlayıb. Mənbənin sözlərinə görə, xeyli müddətdir təkliflər müzakirə olunur və bu çərçivədə bankların da fikirləri öyrənilir.
Qeyd edək ki, bu günə qədər iqtisadçı ekspertlər tərəfindən mətbuatda müxtəlif təkliflər irəli sürülüb.
Təkliflərdən biri devalvasiya nəticəsində artmış borcun dövlət, vətəndaş və bank arasında bölüşdürülərək qaytarılmasıdır. Qısası bu təklif qəbul olunarsa, borcun bir hissəsi dövlət tərəfindən, bir hissəsi borcalan tərəfindən ödəniləcək, digər bir hissəsi isə bank tərəfindən güzəşt ediləcəkdir.
Digər bir təklifə görə, xarici valyutada olan kreditin aşağı məzənnə ilə ödənilməsi imkanının yaradılmasıdır.
Həmçinin, təkliflər çərçivəsində borcunu qaytaracaq şəxslərin adlarının kredit reystrinin “qara siyahsında” nəzərə alınması da müzakirə predmetidir.
Qeyd edək ki, əhalinin dollarla götürdüyü kreditlərini ödəməməsinin başlıca səbəbi aidiyyatı qurumların güzəştlə bağlı hər hansısa bir addım atacağına ümid edilməsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
33 d. əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
50 d. əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
1 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 2 saat əvvəl
-
2 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir


















