Azərbaycanda adambaşına 17,9 m² mənzil düşür - YAXŞILAŞACAQ
Azərbaycan əhalisinin mənzil təminatı yaxşılaşdırılacaq.
Bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə deyilir.
Qeyd olunur ki, əhalinin sosial rifahını əks etdirən göstəricilərdən biri də mənzillə təminatdır. Hazırda Azərbaycanda adambaşına düşən orta mənzil fondu 17,9 m² təşkil edir ki, buda MDB (20 m²) və Şərqi Avropa ölkələri (30 m²) üzrə orta göstəricilərdən azdır.
2016-2020-ci illərdə strateji yol xəritəsinin həyata keçirilməsi zamanı sosial təsirlər qiymətləndiriləcək, iş yerlərinin yaradılması ilə yanaşı, mənzil təminatının yaxşılaşdırılması, müasir tələblərə uyğun təhsil və səhiyyə xidmətlərinin göstərilməsinə dəstək verən sistemin inkişafı, kommunal xidmətlərin təkmilləşdirilməsi və ünvanlı sosial yardım sistemindən reabilitasiyaya keçidin təmin edilməsi yolu ilə yoxsulluğun azaldılmasına səylər göstəriləcək.

Yol xəritəsində bildirilir ki, şəhər yerlərində uyğun mənzil təminatı seçimləri Azərbaycanın kənd yerlərində olan hazırkı işçi qüvvəsinin şəhər yerlərindəki məşğulluq imkanlarından bəhrələnməsinə şərait yaradacaq. Bu, nəinki yoxsulluq səviyyəsini azaltmağa kömək edər, hətta regionlar arasında gəlir bərabərsizliyinin azalmasına gətirib çıxara bilər. Mənzil təminatı artan şəhər əhalisinin tələblərini də əhatə edəcək və bu əhali qrupunun xüsusi çəkisi hazırkı təxminən 55 faizdən 70-75 faizədək artacaq. Daha yaxşı məşğulluq imkanlarına görə şəhərlərə axın və kənd yerlərində daha yüksək gəlirli məşğulluq imkanlarının artımı nəticəsində gəlirlərdəki bərabərsizlik azalacaq. 2025-ci ildən sonra Bakı ilə ölkənin digər regionları arasındakı gəlir fərqi adambaşına təxminən 50 faizdən 40 faizədək enəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
10 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir

.jpg)

.jpg)