PAŞA Bank biznes üçün unikal kart məhsulunu daha da təkmilləşdirdi
Ticari prosesin iştirakçıları üçün nəzərdə tutulan Tacir Kart daha da təkmilləşdirilərək müştərilərin istifadəsinə verilmişdir.
Bankın yaydığı məlumata görə, Tacir Kart ticari prosesdə iştirak edən hər iki tərəf üçün faydalıdır: hazırda malların satışı ilə məşğul olan pərakəndə satış obyektlərinin sahibləri mal ünvanlı çatdırılma həyata keçirən iri distributorlardan alır. Sahibkarın aldığı malların ödənişləri nağd və ya bank köçürməsi yolu ilə həyata keçirilir. PAŞA Bank Tacir Kart istifadəçiləri üçün unikal şəbəkə yaratmaqla, tərəflər arasında ticari əlaqələrin genişlənməsini və operativliyini təmin edir.
Tacir Kartın PAŞA POS terminalı ilə istifadəsinin Distribyutor üçün ən önəmli üstünlüklərindən biri 18% ƏDV-nin avtomatik hesablanması ilə yanaşı həmin məbləğin avtomatik çıxarılaraq Sahibkarın adından vergi depoziti hesabına göndərilməsi imkanıdır. Nağdsız ödənişlərin qəbulunu POS-terminal ilə təchiz olunmuş ekspeditorlar özləri həyata keçirir.
Sahibkar üçün bu kart avtomatlaşdırılmış bir ödəmə imkanı yaradılır ki, bu da onların öz işlərini nağdsız şəkildə, daha çevik və operativ olaraq həll etməyə zəmin yaradır.
PAŞA Bankın Kiçik və orta sahibkarlıq üzrə bankçılıq departamentinin direktoru Aleksandr Qolovkonun sözlərinə görə, Bank, məhsul və xidmətləri işləyib hazırlayarkən, əsas meyar olaraq müştərilərinin biznes ehtiyaclarını rəhbər tutur.
“Əminik ki, Tacir Kartın istifadəsi PAŞA Bankın müştəriləri qarşısında geniş imkanlar açıb, onlara bizneslərin rəqabət üstünlüklərindən faydalanmağa yardım edəcək. Tacir kart məhsulu müştərilərimizə biznes əməliyyatlarını daha təhlükəsiz və səlis şəkildə həyata keçirmək və nağd vəsaiti daha səmərəli idarə etmək imkanı verəcək. Yeni strategiyamız çərçivəsində bank məhsul və xidmətlərinin rəqəmsallaşdırılmasının əsas prioritetimiz olduğunu nəzərə alaraq, müştərilərimizi əmin edirik ki, onlar Tacir kart məhsulu ilə bağlı təqdim olunacaq yeni və daha da geniş üstünlüklərdən faydalanmağa davam edəcəklər" - deyə, A.Qolovko qeyd etmişdir.
Tacir Kartdan istifadənin əsas üstünlükləri:
Sahibkarlar üçün:
-Alınan mal üzrə ƏDV-nin avtomatik ödənilməsi
-Ən qısa müddətdə nağd dövriyyədən qeyri-nağd dövriyyəyə keçidin edilməsi
-Hesabatlığın asanlaşması
-Kredit xəttindən faydalanmaq imkanının olması
-Hər distribyutor şirkət üzrə fərdi kredit limitlərinin müəyyən edilməsi imkanı
-Hesaba pay point terminalları vasitəsi ilə mədaxilin edilməsi imkanı
-Vaxta qənaətin edilməsi
-Kartın bütün digər biznes ehtiyacları üçün rahat istifadə edilməsi
-Sahibkarın POS-terminalını Tacir kart hesabına qoşmaqla gündəlik satış dövriyyəsinin kart hesabında əks olunması
Distribyutor şirkətlər üçün:
-Pul dövriyyəsinin nağdsız formaya keçməsi
-Alıcı sahibkarlara fərdi kredit limitlərinin müəyyən edilməsi
-Şirkətin pul axınlarının effektiv idarə edilməsi
-POS-terminal vasitəsi ilə bütün ödənişlərin qəbulu
-Nağd vəsaitin qəbulu ilə əlaqəli risklərin azalması
-Vəsaitin həmin gün hesaba köçürülməsi
-İnkassasiya xidmətinə ehtiyacın olmaması
-Hesabatlığın asanlaşması
PAŞA Bank Azərbaycanın aparıcı korporativ bankı olaraq ölkə tərəfindən həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi səylərinə uyğun olaraq Azərbaycanın qeyri-neft sektorunun genişləndirilməsi üçün bu sahədə fəaliyyət göstərən korporativ müştərilərinə xidmət göstərməkdən ibarət strateji məqsədlə 2007-ci ildə təsis olunmuşdur. Baş ofis və 6 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 600-dən çox əməkdaş çalışır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
- 46 d. əvvəl
-
51 d. əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 1 saat əvvəl
-
2 saat əvvəl
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qazaxıstan Orta Dəhlizin inkişafı üçün 300 milyon dollar vəsait cəlb edib
-
3 saat əvvəl
Ermənistan Naxçıvanla sərhəddə gömrük və sərhəd terminalları inşa etmək niyyətindədir
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
Ən çox oxunanlar
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir
Unibankın biznes kreditləri portfelində böyük artım
Azərbaycanda külək və günəş enerjisi istehsalı artıb - 2025-ci ildə elektrik enerjisinin istehsalı göstəriciləri açıqlandı
Dünyada 2025-ci ildə elektrikli avtomobil satışları 20,7 milyona çataraq rekord qırıb
ABŞ 2025-ci il üçün neft qiyməti proqnozunu yüksəltdi





















