Meyvə-tərəvəz ixracı nə qədər valyuta gətirib?
2015-ci illə müqayisədə meyvə ixracı 24 milyon ABŞ dolları həcmində artaraq 2016-cı ildə 244 milyon dollara, tərəvəz ixracı isə 37 milyon dollar artaraq 129 milyon dollara çatıb. Azərbaycanda istehsal edilən məhsullar Rusiya və digər keçmiş ittifaq respublikalarının bazarları ilə yanaşı, Avropa, ərəb və uzaq Asiya ölkələrinə də ixrac olunur.
Bu barədə yanvarın 30-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev məlumat verib.
B.Quliyev bildirib ki, müxtəlif dövlət dəstək mexanizmlərinin, o cümlədən İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə istehsalçılara 256 milyon manat güzəştli kreditlərin verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi, xarici ölkələrdə ticarət evlərinin yaradılması və digər ixracın təşviqi tədbirləri nəticəsində bu sahə bundan sonra da sürətlə inkişaf edəcək, ixrac imkanları daha da artacaq.
Assosiasiyaya rəhbərlik etməklə yanaşı, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olan B.Quliyev deyib ki, Zirə qəsəbəsində 5 hektar əraziyə 6,5 milyon manat investisiya qoyaraq müasir istixana kompleksi qurub. İstehsal olunan məhsullar “AzTomato” brendi altında ixrac olunur. “İsmayıllı rayonunda pilot layihə olaraq müasir suvarma sistemlərinin tətbiqini, çeşidləmə, qablaşdırma və logistika mərkəzini özündə birləşdirən, ümumi dəyəri 5 milyon manat olan intensiv kartofçuluq təsərrüfatı yaratmışıq. Bu layihənin icrası məqsədi ilə dövlətin 2 milyon manat güzəştli kreditindən istifadə etmişik. Əsas hədəfimiz qısa zaman ərzində torpaq sahələrini genişləndirərək bu layihənin bazasında aqroparkın yaradılmasını təmin etməkdir. Aqroparkda istehsal olunacaq məhsullar daxili bazarı təmin etməklə yanaşı, əsasən ixrac olunacaq”, - deyə sahibkar bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
















.jpg)







