Şimali Koreya lideri Kim Jong-un Çinə səfər edib
Şimali Koreya lideri Kim Jong-un prezidentliyi dövründə ilk xarici səfərini Çinə edib.
O, Pekində Çin sədri Si Szinpinlə görüşüb.
Çinin mərkəzi televiziyasının çərşənbə günü yaydığı məlumata görə, KXDR liderinin səfəri 25-28 mart tarixlərində davam edib.
Çin sədrinin sözlərinə görə, Pekin, xalqlarının rifahının yaxşılaşdırılması, bölgədəki sülh və sabitliyin möhkəmləndirilməsi məqsədi ilə iki dövlətin qarşılıqlı maraqlarının qorunması və sülh naminə Pxenyanla əməkdaşlığın davamlı olaraq möhkəmləndirilməsini təmin edəcək.
Kim Çen In öz növbəsində bildirib ki, KXDR rəhbərliyi hər zaman Çinlə tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə böyük diqqət yetirir.
"Çinlə dostluğun inkişafı bizim seçimdir və heç bir şey onu dəyişə bilməz", - deyə KXDR lideri bildirib.
Şimali Koreya lideri Kim Jong-un, "Cənubi Koreya və ABŞ bizim yaxşı niyyətli səylərimizə qarşılıq verərsə, Koreya Yarımadasının nüvə problemi həll oluna bilər",- deyib. O, Cənubi Koreya və ABŞ liderləri ilə görüşərək dialoq qurmağa hazır olduğunu dilə gətirib.
Kim Çin səfəri zamanı Şi ilə ikitərəfli əlaqələri, Koreya Yarımadasındakı prosesləri, Şimali Koreyanın Cənubi Koreya və ABŞ ilə ayrı-ayrılıqda təşkil edəcəyi liderlər zirvəsinə dair məsələləri müzakirə edib.
Kimin bu yaz ABŞ Prezidenti Donald Tramp ilə görüşəcəyi gözlənilir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
46 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı






















