Bu il ən uğurlu iliniz ola bilərmi?
www.readit.az saytı sizin üçün maraqlı və məlumatlandırıcı məqalələr təqdim etməyə davam edir. Bu günkü məqaləmiz Maykl Hayetin “Sənin ən yaxşı ilin” kitabı haqqındadır.
Kitab ən yeni bestseller siyahısındadır və 2018-ci ildə dərc edilib. Qeyd etmək lazımdır ki, bu kitab nəinki azərbaycan dilinə, heç rus və türk dillərinə də hələ tərcümə edilməyib. Bu möhtəşəm kitabın qısa məzmununu azərbaycan dilində saytımızdan oxuya bilərsiniz.
Qədim bir ifadə var: “Tarix özünü təkrarlamır, əvvəlki dövrlərə uyğun olur”. Bu, şəxsi keçmişimizlə də bağlıdır. Niyə? Çünki həyat şəraitimiz hər həftə, hər il dəyişir. Amma biz hələ də bizik. Düşüncə vərdişlərimiz işlərimizdən, münasibətlərimizdən və ətrafımızda baş verən hadisələrdən asılı olmayaraq, qətiyyətli nəticələr əldə etməyə meyillidir.
Düşüncə vərdişlərimiz faydalı olduqda, xoşbəxtlik, şəxsi məmnunluq, hətta maliyyə uğuru kimi müsbət nəticələr əldə edirik. Ancaq bunun əksi olduqda, məyusluq, narazılıq və s. yaşayırıq.
Hədəflərimizə çatmaqda qarşımıza çıxan ən böyük maneə onları reallaşdırmaqdan duyduğumuz şübhələrdir. Biz bir çox hallarda qoyduğumuz hədəflərə çata bilməyəcəyimizə inanırıq. Bu cür fikirlər ruhumuzu zəhərləyir və nəticələrə təsir edir. Hər hansı bir şeyin mümkün olub-olmaması ilə bağlı inancımız yaşadığımız reallığa birbaşa təsir edir. Unutmayın ki, çatdığımız hədəflərlə çata bilmədiklərimiz arasındakı əsas fərq uğura olan inamımızdır. Diqqətlə baxdıqda, inanclarımızı öz fikirlərimizlə məhdudlaşdırdığımızı görə bilərik.
Ən yaxşı ilimizi formalaşdırmağa çalışarkən qarşılaşdığımız maneələrin bir çoxunun xəyali xarakter daşıdığını unutmamalıyıq. Hər gün zehnimizə milyonlarla fikir daxil olur. Ancaq biz onların arasından sadəcə inanacağımız fikirləri seçirik. Məhdudlaşdırıcı inanclardan xilas olmağın ən yaxşı üsullarından biri onları azadlıq verən həqiqətlərlə əvəz etməkdir. Biz inanclarımızı yaxşılaşdıra bilərik.
Mükəmməl nəticələr öz-özünə yaranmır. Bunun üçün qətiyyətli olmalısınız; özünüzü nə istədiyinizi və nəyin vacib olduğunu aydınlaşdırmağa məcbur edin, daha sonra isə hədəfinizi reallaşdırmaq üçün bir fəaliyyət planı hazırlayın.
Heç bir şey etmədən ən yaxşı ilinizi formalaşdıra bilməzsiniz. Şəxsi və ya peşə həyatınızda real uğurlar əldə etmək üçün bu gün həyata keçirməli olduğunuz şeylər haqqında çox fikirləşməyin. Növbəti addımı müəyyənləşdirdikdən sonra fəaliyyətə başlayın.
Uğur qazanmaq sizin öz əllərinizdədir. Fəaliyyətlərinizin qətiyyətliliyini təmin edərək və düzgün qərarlar qəbul edərək böyük uğurlar qazana bilərsiniz. Ümid edirik ki, 2018-ci il hamımız üçün ən yaxşı il olacaq!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 7 d. əvvəl
-
1 saat əvvəl
“PAŞA Bank”ın bir hissəsi əhaliyə satılacaq - TARİXİ HADİSƏ, ÖZƏL ŞİRKƏTLƏR ARASINDA BİR İLK
- 1 saat əvvəl
-
2 saat əvvəl
2030-cu ilədək 25 dayanacaq və stansiya istifadəyə veriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakıda tramvay şəbəkəsi üzrə 5 xətt və 3 depo layihələndiriləcək
-
3 saat əvvəl
43%-lik aktiv artımı və 4,26 milyon manat mənfəət: AFB Bank böyüməni necə gəlirə çevirib?
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 29-da gözlənilən hava şəraiti
Yağış yağacaq
Rəsmi iş yeri olmadan 50 000 AZN-dək kredit
Ən çox oxunanlar
Bakıda tramvay şəbəkəsi üzrə 5 xətt və 3 depo layihələndiriləcək
43%-lik aktiv artımı və 4,26 milyon manat mənfəət: AFB Bank böyüməni necə gəlirə çevirib?
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR
"Son illər ərzində dividend ödənişi nisbəti bankın xalis mənfəətinin minimum 35–40 faizi səviyyəsində olub"
Dövlət Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
Bu il Bakıda yeni metro stansiyası istifadəyə veriləcək
"Bu il daha 4 yolun tikintisinə başlanılacaq"
ABB-dən yüksək gəlirli əmanət kampaniyası!

















