3 şirkət barəsində cinayət işi başlanıb
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən digər dövlət qurumları ilə əlaqəli şəkildə ölkə vətəndaşlarının hüquqlarının qorunması, tikinti sektorunda qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması, bu sahədə qanunvericiliyin tələblərinə dönmədən riayət edilməsinin təmin edilməsi istiqamətində tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən tikinti sektorunda aparılmış monitorinqlər nəticəsində əmək müqavilələri olmadan işçilərin işə cəlb edilmələri faktları ilə bağlı 19 hüquqi və 3 fiziki şəxs barəsində həmin Agentlikdən daxil olmuş 18 material Baş İdarədə araşdırılmışdır.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Aparılmış araşdırmalar nəticəsində 3 hüquqi şəxs barəsində Cinayət Məcəlləsinin 162-1.1 (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri cinayət işləri başlanmışdır.
“İ.N.V.” MMC-nin vəzifəli şəxsləri barəsində istintaq edilən cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün aidiyyəti məhkəməyə göndərilmiş, digər iki hüquqi şəxs barəsində başlanmış cinayət işləri üzrə istintaq yekunlaşmaq üzrədir.
Göstərilənlərlə yanaşı, araşdırmalar zamanı aşkar edilmiş qanun pozuntuları ilə bağlı digər prokuror təsir aktlarının tətbiq edilməsi də təmin edilmişdir. Belə ki, 11 hüquqi şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək qanunvericiliyinin pozulması), 1 hüquqi şəxs barəsində isə həmin Məcəllənin 198.0.1-ci (əməyin mühafizəsi qaydalarının pozulması) maddələri ilə inzibati icraatın başlanması haqqında qərarlar qəbul edilmişdir. Toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilmiş, 12 halda fiziki şəxslərə və hüquqi şəxslərin rəhbərlərinə rəsmi xəbərdarlıq edilmişdir. Yol verilmiş qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədi ilə Vergilər Nazirliyinə 9, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə isə 11 təqdimat göndərilmişdir. Hazırda 5 hüquqi və 2 fiziki şəxs barəsində araşdırmalar davam etdirilir. Araşdırmalar zamanı aşkar edilmiş faktlar üzrə əvvəllər əmək müqaviləsi olmadan işə cəlb edilmiş işçilərlə əmək müqavilələrinin bağlanması təmin edilmişdir.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi qeyri-rəsmi məşğulluğun qarşısının alınması, əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsi və vətəndaşların əmək hüquqlarının müdafiəsi istiqamətində aidiyyəti dövlət qurumları ilə əməkdaşlığını bundan sonra da davam etdirəcəkdir.
Müştərilərin xəbərləri
Ağdamda tütün sənayesi üzrə beynəlxalq standartlara uyğun yeni sınaq laboratoriyası istifadəyə verildi
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 d. əvvəl
-
1 saat əvvəl
AFB Bank daşınmaz əmlak krediti: Xəyal etdiyiniz evə bir addım qalır!
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Əmək müqaviləsinə xitam verilməsinin daha bir əsası müəyyənləşir
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan məhsulu bu il xaricdə 2 dəfəyə yaxın baha satılıb - 2 AYDA 58 MİLYONA YAXIN GƏLİR GƏTİRİB
- 3 saat əvvəl
-
3 saat əvvəl
2 ay ərzində Azərbaycana 26,5 milyon dollar valyuta gəliri təmin edib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
İlham Əliyevlə Almaniya Kansleri arasında telefon danışığı olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Martın 19-da gözlənilən hava şəraiti
Bu gün FED faiz qərarını açıqlayacaq
Ağdamda tütün sənayesi üzrə beynəlxalq standartlara uyğun yeni sınaq laboratoriyası istifadəyə verildi
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınır
Rəsmi məzənnələr açıqlandı
İlham Əliyevlə Almaniya Kansleri arasında telefon danışığı olub
Əli Laricaninin öldürüldüyü İran hakimiyyəti tərəfindən təsdiqlənib
Tramp NATO-dan küsüb - "Artıq yardımınıza ehtiyacımız yoxdur"
FAB 2026-cı ilin rənglərini elan edib
"Mayak Residence"dən xüsusi reklam çarxı - VİDEO



















