“Xalq” Bankın rəhbərliyində yeni təyinatlar!
Ölkənin ən böyük özəl banklarından biri, bank sektorunun liderlərindən olan ASC “Xalq” Bankının rəhbərliyində kadr dəyişikliyi baş vermişdir.
"Marja" xəbər verir ki, Bankın uğurları üçün uzunmüddətli qüsursuz və peşəkar fəaliyyətləri nəzərə alınaraq Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən ASC “Xalq” Bankının İdarə Heyəti sədrinin müavinləri Xəzər Bağırlı və Yaşar Nağıyev bankın Müşahidə Şurasının üzvləri seçiliblər.
Yeni vəzifədə X.Bağırlı və Y.Nağıyev son zamanlar ölkənin bank sektorunda artan rəqabətlilik və dəyişən iqtisadi tələblər şəraitində səylərini bankın strateji inkişafı ilə bağlı məsələlərin həllinə yönəldəcəklər.
Bankın idarə edilməsində ardıcıllıq ənənəsinə sadiq qalaraq, gənc idarəçilərin potensial imkanlarından daha səmərəli istifadə etmək məqsədi ilə bankın İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə Kredit idarəsinin rəisi Kamran Məcidov, sədrin müavinləri vəzifələrinə Biznesin inkişafı idarəsinin rəisi Nigar Biləndərli, Xəzinədarlıq idarəsinin rəisi Natella Şahverdiyeva və “Mərkəz” filialının direktoru Elnur Məmmədli təyin ediliblər.
Bundan əlavə, Hüquq idarəsinin rəisi Röyam Hüseynzadə, Filiallarla iş idarəsinin rəisi Kərim Quliyev, Hesablaşmalar idarəsinin rəisi Nazim İbrahimov və Risklərin idarə edilməsi idarəsinin rəisi Nəbi Nəbiyev İdarə Heyətinin üzvləri seçiliblər.
"İdarəçi heyətinin yenilənməsi daim dəyişən bazar şəraitində qarşıda duran məsələlərin daha səmərəli həlli, əməliyyat idarəetməsinin təkmilləşdirilməsi və daha yüksək nailiyyətlərin əldə olunması üçün müsbət zəmin yaradılmasına xidmət edir",- Bankdan "Marja"ya bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
38 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 45 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)





.jpg)







