Azərbaycanın özəl şirkətinin istiqrazlarında sıçrayış
METAK istiqrazlarının qiyməti yüksəlir.
Xəbər verdiyimiz kimi, 29 yanvar 2018-ci il tarixində Bakı Fond Birjasında “METAK” MMC-nin 2 milyon manat həcmində, 1 il tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Yerləşdirmə zamanı hərrac qiyməti 1000 AZN təşkil etmişdi. Yerləşdirmə 3 əqd üzrə (200 min manat, 1 milyon 650 min manat və 150 min manat) baş tutmuşdu.
Qeyd edək ki, 1000 ədəd METAK istiqrazları 14%-lə emissiya edilib. Faiz gəlirinin ödəniş müddəti 3 aydan birdir. Müqayisə üçün qeyd edək ki, banklarda depozit faizləri 6-12% civarındadır.
“Marja” xəbər verir ki, METAK istiqrazlarının təkrar bazarı canlanır. Artıq Fevral ayının 27-dək 5 müqavilə bağlanıb və təkrar bazarda METAK istiqrazının qiyməti 1003 manatdan 1019,5484 manata yüksəlib. 5 müqavilənin məbləği 1 milyon 11 min 143 manatdır.
Fevral ayının 9-da bağlanmış müqavilə ilə 1003,3991 manatdan 50 istiqraz (50169,95 manat), 15 Fevral tarixində bağlanmış müqavilələr ilə 1006,4299 manatdan 262 istiqraz (263684,63 manat) və 1006,0506 manatdan 70 istiqraz (70423,54 manat), 22 Fevralda 1009,0894 manatdan 15 istiqraz (15136,34 manat) və 27 Fevralda 1019,5484 manatdan 600 istiqraz (611 729,04 manat) satılıb.
Qeyd edək ki, METAK şirkəti zaman keçdikcə böyüyür və gəlirləri artır. Şirkət boru istehsalı və satışı ilə bərabər, bitkiçilik və meyvəçilik üzrə taraların istehsalına da yönəlib.
Qeyd edək ki, METAK istiqrazlarının satışları AzFinance investisiya şirkəti tərəfindən təşkil olunur AzFinance hər bir alıcıya onun istədiyi tarixdə istiqrazları geri almaq barədə seçimini də təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
12 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)










.jpg)




